Övladın düzgün formalaşmasında İslam dininin mühüm göstərişləri varmı?


“Mən övladlarının üzünə səadət qapılarını bağlayan, onların xoşbətliklərinə mane olan valideynlərdən bezaram.”- İslam peyğəmbəri (s)

İslaminSesi i.nfo - Övlad tərbiyəsi çox mühüm bir məsələdir. Təbiidir ki, bütün valideynlər övladlarının xeyirli bir övlad olmasını, onların üzünü ağ etməsini, gözəl həyat yaşamasını istəyir. Amma bu istək təklikdə kifayət etmir, bu istəklə yanaşı valideynin müəyyən fəaliyyətləri də olmalıdır. Çünki övladın gələcək həyatının necə formalaşmasında valideynin rolunun əhəmiyyəti inkar olunmazdır.


İslam dini də öz növbəsində övlad tərbiyyəsinə xüsusi diqət ayırmış, valideynlərə bu barədə mühüm tövsiyələr verilmişdir.

“Hawzahnews.com” agentliyi müfəssir, böyük İslam alimlərindən Şeyx Qiraətinin bu barədə tövsiyələrinə diqqət çəkib.

Ustad övlad tərbiyəsində mühüm mətləblərə işarə edərək:

-Günahlardan uzaq olmaqda ən mühüm amillər ilk öncə Allaha inam, axirətə (məada) inam və günahın insanda qoyduğu təsirlərə olan ahahlığının yaranmasıdır.

Həmçinin bunlarla yanaşı nəfsini çirkinlikdən qoruyan yaxşı dosta sahib olmaqdır.

Bu yolda insanın özünə, öz nəfsinə agahlığı da ən önəmli məsələdir və insanı günahdan qoruyan ən mühüm amildir. Çünki Allahu sübhan Qurani Kərimdə insanın yetişə biləcəyi məqamın əzəmətini dəfələrlə xatırladıb. Allah Təala Quranda aləmi, varlığı insan üçün yaratdığını bildiriri. Əgər insan öz qiymətini, dəyərini, şənini və əzəmətini anlasa nə üçün günah etsin?



Həmçinin ustab buyurb: -Övladın şəxsiyyəti ilk öncə ailədə formalaşır. Sonra isə yaşadığı mühüt, məktəb, mədrəsə, məscid kimi amillər onda öz təsirini qoyur. Əgər bu mühit iman və əxlaqla zənginləşərsə o zaman bu paklığ övladınızı Allaha yaxınlaşdırar.

Davamında Ustad qeyd edir: -Ailədə mənəvi ab-hava istəyən valideyn gərək özü bunu düzənli şəkildə qorusun. Bu zaman bu ab-hava ailənin digər üzvlərinə də sirayət edər, onlara da keçər. Ailə başçıları gərək övladlarına yaxşı ad qoysunlar. Gərək övladları ilə mehribancasına, ehtiramla və doğruçuluqla rəftar etsinlər. Övladlar arasında fərq qoymasınlar, qərar alarkən onlarla məsləhətləşsinlər. Həmçinin övladlarının yanında dini, mənəvi söhbətlər etsinlər. Uşaqlara ibadət və dini ədəblərini göstərsinlər. Xüsusən də gecə gündüz namazlarında nizam-intizama riayət etsinlər ki, uşaqların zehnində və ruhunda təsir qoysun. Bununla da öz əməlləri ilə ruhani bir ünsiyyət yaratmış olur.
(Ustad Möhsün Qiraəti) “Hawzahnews.com” /Yaşar Nuriyev


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter