Hamilə qadının oruc tutmasının şəri hökmü necədir?


Hamilə qadın oruc tutmaya bilərmi, yaxud tuta bilərmi?

İslaminSesi.info - Oruc olmaq sübh əzanından məğrib əzanına qədər yeyib-içməkdən və bəzi orucu pozacaq işlərdən uzaq olmaqdır.

Ramazan ayının orucu müqəddəs İslam şəriətində vacib edilmiş oruclardandır. Sağlamlığı və digər şərtləri imkan verən hər bir kəsə vacibdir ki, bu ayın orucunu tutsun.

Lakin bəzi şəslər də vardır ki, oruc tutmaq onlar üçün məşəqqətli və ya zərərli ola bilir. Hamilə qadınlar da bu qism insanlardandır ki, onların oruc tutmasının hökmü barədə Hawzahnews.com agentliyi bu barədə Şeyx Ayətullah Muhəmməd İshaq Fəyyazın dəftərxanasına sual ünvanlayıb.

Sual: Səkkiz aylıq bir hamilə xanım zəiflikdən və halsızlıqdan əziyyət çəkir. Bu səbəblə onun vitamin və qüvvətləndirici qidalara ehtiyacı vardır. Belə olan halda xanım ramazan ayının orucunu yeyə bilərmi?

Cavab: Əgər hamiləliyin irəli aylarında oruc tutmağın zərəri olarsa oruc o qadına vacib deyil. Oruc tutduğu halda həmlə (övlada) zərər yetişərsə o zaman fidyə verməlidir.
Oruc tutmadığı hər gün üçün 1 kiloqramın ¾-ü (dörddə üç) qədər un və ya xurma verməlidir. (Şeyx Ayətullah Muhəmməd İshaq Fəyyaz)

Qeyd: Doğum vaxtı yaxınlaşan və oruc tutduğu halda özünə və ya həmlinə zərər yetişəcəyi halda oruc tutmaq vacib deyil. Lakin gərək sonradan tutmadığı günlərin qəzasın yerinə yetirsin. Həmçinin oruc tutmadığı hər gün üçün 1 mudd (750 q.) təam (çörək, un, makaron) fəqirə kəffarə verməlidir.(sistani.org/persian)




© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter