Peyğəmbərin (s) dəfələrlə xatırlatdığı 3 fitnəkar dəstə kimlər idilər?


Bəs kimdir bu 3 dəstə? - Qasitin, Nakisin və Mariqin

İslaminSesi.info – İslam dini Allahın bəşərə sonuncu kamil dinidir. Bu din insanın hər cür kamalatını əhatə edən ilahi qanunlar toplusudur. Bütün digər ilahi dinlər kimi İslam dini də həm zühur dövründə, həm də dövrümüzə qədər olan zaman kəsiyində daima zülm və ədalətsizliklə qarşı olmuşdur. Məhz bu səbəbdən insanların böyük əksəriyyəti ilahi dinlərlə düşmənçilik etmiş, bu qanun və göstərişləri rahatlıqla qəbul edə bilməmişdir. İlahi ədalətlə müxalifət edənlər daima olmuşdur və indi də mövcuddur. Bu kimi fitə yayan dəstələrdən bu 3 dəstə: Qasitin, Nakisin və Mariqindir.



Allahın peyğəmbəri və İmam Əli (ə) dəfələrlə bu 3 dəstə haqqında və onların fitnələri barədə xəbərlər vermişlər. Müsəlmanları bu 3 dəstənin şərrindən və fitnələrindən xəbərdar etmişlər.

Bəs kimdir bu 3 dəstə?
Hədisdə deyilir ki, Süleym ibn Qeys nəql edir:

Bir gün Muhəmməd ibn Məsləmə, Səd ibn Malik və Abdullh ibn Ömər oturmuşduq (Bunlar o kəslər idiki Osmanın ölümündən sonra Hz.Əli ilə beyətdən üz döndərib, fitnəkarlarla döyüşlərdə iştirakdan imtina etmişdilər). Onların öz dillərindən eşitdimki, deyirdilər biz Əlinin (ə) yanında olmadığımıza görə çox narahatıq, qorxuruq həlak olanlardan olaq. Bu zaman mən dedim: İlahi! Mən Əlinin (ə) özündən eşitmişəmki, deyib: “Peyğəmbər (s) özü mənə göstəriş verib ki, Qasitin, Nakisin və Mariqin ilə döyüşüm.” Süleym ibn Qeys davamında deyir: Onlar ağlayaraq dedilər: Əli (ə) doğru və düz deyir! (Süleym ibn Qeysin kitabı. Cild-2. Səh-890)

İmam Sadiq (ə)-dan nəql olunan bir hədisin daxilində buyrulur ki, Peyğəmbər (s) həyat yoldaşı Ummu Sələməyə buyurdu: “Ey Ummu Sələmə əyləş və şahid ol! Bu Əli ibn Əbu Talib müsəlmanların ağası, müttəqilərin İmamı, nur və iman əhlinin rəhbəridir. Bu şəxs Qasitin, Nakisin və Mariqini qətlə yetirəndir (onlarla döyüşəndir).

Ummu Sələmə deyir soruşdum bunlar kimdir?

Həzrət (s) buyurdu: Nakisinlər Mədinədə beyət edib, Bəsrədə bu beyəti sındıranlardır. Qasitinlər Muaviyyə və Şam əhlindən olan tərəfdaşlarıdır. Mariqin isı Nəhrivan əhlidir.” (Əmali-Səduq. 381)


Həmçinin Hz. Əli (ə) “Şiqşiqiyyə” xütbəsində belə bir mətləbə işarə edərək buyurur: Ayağa qalxıb xilafəti ələ aldığımda bir dəstə beyətini sındırdı (Nakisin-Cəməl döyüşü), bir dəstə itaətdən üz döndərib dindən çıxdı (Mariqin-Nəhrivan döyüşü) və bir dəstə isə məqam və rəyasət arzusu ilə haqqa itaətdən üz döndərdi (Qasitin-Müaviyyə və Şam əhalisi)./Yaşar Nuriyev


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter