Xanımlara aid orucun bir neçə şəri hökmlərinə cavablar


Sual: Süd verən qadının vəzifəsi nədir?

Cavab: İmam Xomeyni, Xamenei və Nuri: Oruc tutmaq süd azlığına və uşağın narahatlığına səbəb olarsa və ya ana üçün zərərli olarsa, ana üçün oruc vacib deyil və birinci halda gərək hər gün üçün yoxsula bir müdd təam versin. İkinci fərziyyədə (anaya zərərli olduqda) bu iş vacib ehtiyatdır, hər halda gərək orucları qəza etsin.
Behcət, Sistani və Fazil: Oruc tumaq süd azlığına, uşağın narahatlığına səbəb olarsa və ya ana üçün zərərli olarsa, ona oruc vacib deyil və gərək yoxsula hər gün üçün bir müdd təam versin. Hər halda gərək orucları qəza etsin.
Təbrizi, Safi, Məkarim və Vəhid: Oruc tutmaq onun südünün azlığına, uşağın narahatlığına səbəb olarsa və ya ana üçün zərərli olarsa, oruc vacib olmaz. Birinci fərziyyədə gərək yoxsula hər gün üçün bir müdd təam versin. Hər halda gərək orucları qəza etsin.

Sual: Ramazan ayında sübh azanından qabaq heyzdən pak olan qadının hökmü nədir?

Cavab: Bütün müctəhidlərin rə`yi: Əgər qüsl vermək üçün vaxt varsa qüsl etməlidir, əgər vaxt geniş olmazsa, gərək təyəmmüm etsin və orucu düzdür. Qəsdən qüsl və ya təyəmmüm etməzsə, orucu batildir və gərək kəffarə ödəsin.

Sual: Oruc tutan qadın gündüz heyz olarsa, orucunun hökmü nədir?

Cavab: Bütün müctəhidlərin rə`yi: Orucu batil olar və gərək ramazan ayından sonra qəza etsin.

Sual: Ramazan ayında heyz qüslü verməyi unudan və bir neçə gündən sonra yada salan haiz (heyz görən) qadın orucunu qəza etməlidirmi?

Cavab: (Məkarimdən başqa) Bütün müctəhidlərin rə`yi: Xeyr, orucları düzdür və qəzası yoxdur.
Məkarim: Vacib ehtiyata əsasən, gərək orucları qəza etsin.
Behcət: Gərək orucları qəza etsin.
Qeyd: Qeyd olunmuş fərziyyədə yaxşı olar ki, orucları qəza etsin.

Sual: Şə`ban ayının əvvəlindən bir neçə gün oruc nəzir edən və bu günlərdə heyz olan qadının orucunun hökmü nədir?

Cavab: Bütün müctəhidlərin rə`yi (Fazil, Məkarim və Vəhiddən başqa): Əgər nəzir üçün şəri siğə oxuyubsa, gərək heyz olduğu günlərdə oruc tutmasın və başqa vaxt onun qəzasını tutsun.
Fazil, Məkarim və Vəhid: Əgər nəzir üçün şəri siğə oxuyubsa, heyz günlərində tutmamalıdır və vacib ehtiyata əsasən, başqa vaxtda onun qəzasını yerinə yetirməlidir.

Sual: Heyz günlərində heyzin qarşısını alan iynədən istifadə edən qdının orucu düzdürmü?

Cavab: Bütün müctəhidlərin rə`yi: Əgər heyz olmasa, orucu düzdür.

Sual: Cavanlıqda yediyi orucların həddi-büluğ zamanından qabaq olub-olmamasını bilməyən şəxsə onların qəzası vacibdirmi?

Cavab: Bütün müctəhidlərin rə`yi: Əgər bilmirsə, qəza da vacib deyil.

Sual: Oruc tuta bilməyən hamilə qadının vəzifəsi nədir?

Cavab: İmam Xomeyni, Xamenei və Nuri: Əgər orucun bətnində olan uşaq üçün zərəri olarsa, gərək hər gün üçün yoxsula bir mudd təam versin. Əgər ana üçün zərəri olarsa, vacib ehtiyata əsasən, gərək hər gün üçün yoxsula bir müdd təam versin. Hər halda orucları qəza etməlidir.
Behcət, Sistani və Fazil: Orucların qəzasından əlavə, gərək hər gün üçün yoxsula bir müdd təam versin. Oruc istər uşaq üçün zərərli olsun, istərsə də ana üçün.
Təbrizi, Məkarim və Vəhid: Əgər ananın orucu uşaq üçün zərərli olarsa, gərək hər gün üçün yoxsula bir müdd təam versin. Əgər ana üçün zərərli olarsa, kəffarə ödəmək vacib deyil və hər iki halda gərək orucları qəza etsin.
Safi: Əgər ananın orucunun uşağa zərəri olarsa, vacib ehtiyata əsasən, gərək hər gün üçün yoxsula bir mudd təam versin və əgər ana üçün zərəri olarsa, kəffarə ödəmək lazım deyil. Hər halda gərək orucları qəza etsin.

Sual: Bətndəki uşaq üçün orucun zərərli olub-olmadığını bilməyən hamilə qadın oruc tutmalıdırmı?

Cavab: Bütün müctəhidlərin rə`yi: Əgər oruc nəticəsində uşaq üçün zərər qorxusu olarsa, gərək oruc tutmasın.

Sual: Hamiləlik və süd vermə səbəbindən ramazan ayı və onun qəza oruclarını növbəti ilə qədər tuta bilməyən hamilə qadın qəza oruclarından azaddırmı? O, xəstə şəxs hökmündədirmi?

Cavab: Bütün müctəhidlərin rə`yi: Xeyr, orucları qəza etməyə qüvvəsi olan vaxt bu işi görməlidir. O, xəstə şəxs hökmündə deyil.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter