Fitrə kimə verilməlidir haqda gündəmdə olan suallara cavablar


Sual: Yaşayış xərcini ata-anası tə`min edən şəxsə fitrə zəkatı vermək olarmı?

Cavab: İmam Xomeyni: Ehtiyaclı olarsa, başqaları ona zəkat verə bilər.
(İmamdan başqa) Bütün müctəhidlərin rə`yi: Ehtiyaclı olarsa, ata-anası onun xərcini ödəməzsə, başqaları ona zəkat verə bilərlər.

Sual: İnsan öz ata-anasına (onlar müstəhəqq olduqda) fitrə zəkatı verə bilərmi?

Cavab: Bütün müctəhidlərin rə`yi: Ata-ana yoxsul olarlarsa, övladlar onların vacib xərclərini ödəməlidir və onlara fitrə zəkatı vermək olmaz.

Sual: Dindar olmayan yoxsul ailəyə fitrə zəkatı vermək olarmı?

Cavab: (Behcətdən başqa) Bütün müctəhidlərin rə`yi: Fitrə zəkatını alan şəxsin ədalətli olması zəruri deyil. Amma açıq-aşkar kəbirə (böyük) günahlara yol verən şəxsə fitrə zəkatı verilməməlidir.
Behcət: Fitrə zəkatını alan şəxsin ədalətli olması zəruri deyil. Amma açıq-aşkar kəbirə günaha yol verən şəxsə fitrə zəkatı vermək olmaz. Yalnız onun və ailəsinin zəruri ehtiyacı həddə vermək olar.

Sual:Ata fitrə zəkatını ehtiyaclı olan tələbə övladına verə bilərmi?

Cavab: Bütün müctəhidlərin rə`yi: Övladlar yoxsul olarlarsa ata-ana onların zəruri yaşayış xərclərini ödəməlidir. Amma fitrə zəkatından onlara verə bilməzlər.

Sual: Fitrə zəkatını hədiyyə ünvanında abırlı və müstəhəqq olan qohumlara vermək olarmı?

Cavab: Bütün müctəhidlərin rə`yi: Bəli, hədiyyə ünvanında vermək olar və fitrə zəkatı olduğunu bildirmək zəruri deyil. Amma zəkat vermək məqsədi ilə verilməlidir.

Sual: Borclu şəxsə fitrə zəkatı vermək olarmı?

Cavab: İmam Xomeyni, Təbrizi, Behcət, Fazil və Nuri: Borcunu ödəyə bilmirsə ona fitrə verməyin eybi yoxdur.
Sistani, Safi, Məkarim və Vəhid: Vacib ehtiyata əsasən, fitrə yoxsula verilməlidir. Əgər borclu şəxs yoxsul sayılarsa, ona fitrə vermək olar.

Sual: Mədəni və məzhəbi işlərdə, İslam maarifinin yayılmasında fitrə zəkatından istifadə etməyə icazə varmı?

Cavab: İmam Xomeyni, Behcət, Təbrizi, Xamenei, Fazil və Nuri: Dini maarifin yayılması üçün fitrə zəkatından istifadə etməyin eybi yoxdur. Amma yaxşı olar ki, onu yoxsula versinlər.
Sistani, Məkarim və Vəhid: Vacib ehtiyata əsasən, fitrə zəkatı yoxsula verilməlidir.

Sual: Seyyid olmayan şəxs fitrə zəkatını seyyidə verə bilərmi?

Cavab: Bütün müctəhidlərin rə`yi: Xeyr, icazə yoxdur.

Sual: Bir neçə fitrəni bir yoxsula vermək olarmı?

Cavab: İmam Xomeyni, Fazil, Məkarim və Nuri: Vacib ehtiyata əsasən, yoxsula onun bir illik xərcindən çox fitrə verilməməlidir.
Bir yoxsula onun bir illik xərcindən çox fitrə verilməməlidir.
Təbrizi, Sistani, Safi və Vəhid: Bəli, eybi yoxdur.

Sual: Fitrəni ayıran şəxs ondan istifadə edib yerinə (əvəzinə) başqa mal və ya pul qoya bilərmi?

Cavab: Bütün müctəhidlərin rə`yi: Xeyr, gərək ayırdığını fitrə versin.

Sual: Fitrə verməyən və onu ayırmayan şəxsin hökmü nədir?

Cavab: Bütün müctəhidlərin rə`yi (Behcət, Təbrizi və Xameneidən başqa): Günah etmişdir və vacib ehtiyat budur ki, gələcəkdə (əda və qəza niyyəti etmədən) fitrəni versin.
Təbrizi və Xamenei: Günah etmişdir və gələcəkdə (əda və qəza niyyəti etmədən) fitrəni verməlidir.
Behcət: Günah etmişdir və müstəhəb ehtiyat budur ki, gələcəkdə onu qəza etsin.

Sual: Fitrə nə vaxt ayrılmalı və nə vaxt ödənməlidir?

Cavab: Bütün müctəhidlərin rə`yi: Fitr bayramı namazı qılırsa, vacib ehtiyata əsasən, gərək namazdan qabaq versin və ya ayırsın. Əgər bayram namazı qılmasa günün zöhrünə (günortasına) qədər vaxtı vardır.

Sual: Fitrəni yoxsula ramazan ayından qabaq vermək olarmı?

Cavab: Bütün müctəhidlərin rə`yi: Xeyr, amma onu borc ünvanında verib fitr bayramı günü fitrə hesab etmək olar.

Sual: Fitrə zəkatı adi, yoxsa şər`i qidadan verilməlidir?

Cavab: Bütün müctəhidlərin rə`yi: Fitrə zəkatı üçün buğda, arpa xurma, düyü və bu kimi şeylərdən vermək kifayətdir.

Sual: Hansı miqdarda fitrə verilməlidir?

Cavab: Bütün müctəhidlərin rə`yi: İnsan özü və onun çörəyini yeyən sayılan hər bir şəxs üçün camaatın yediyindən 3 kq (buğda, arpa, xurma, kişmiş, düyü və bunlar kimi) və ya bunlardan birinin pulunu müstəhəq şəxsə versin.

Sual: Fitrəni başqa şəhərin sakinlərinə vermək olarmı?

Cavab: (Behcətdən başqa) Bütün müctəhidlərin rə`yi: Əgər öz məhəlləsində və şəhərində müstəhəq tapılmazsa, onu başqa şəhərin müstəhəqlərinə verə bilər.
Behcət: Öz şəhərində müstəhəq olsa da başqa şəhərin müstəhəqlərinə verə bilər.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter