Oruc tutan şəxsin başını yuması və ya suya batırmasının haqda hansı 8 sual ortaya çıxır?
Başı suya batırmaq ilə başı yumaq tam fərqli bir şeydir.
İslaminSesi.info - Ramazan ayı orucluq ayıdır. Yəni Mütəal Allah bu ayda bəndələrə oruc tutmağı vacib buyurub. Təbii ki, bu barədə şəriətin xüsusi göstərişləri vardır.
İnsan gün ərzində bəzi, orucu batil edən işlərdən çəkinməlidir. Orucu pozan işlər barəsində “şəriət məsələləri” kitablarında təfsilatı ilə açıqlamalar verilmişdir.
Orucun pozulması barədə ünvanlanan suallardan biri də başin yuyulması və ya başin suya batırılması məsələsidir.
Qeyd edək ki, ramazan ayında boğaza su getməmək şərti ilə başin yuyulmasının, yaxud oruc tutan insanın suyun altında dayanıb yuyunmasının heç bir maneəsi yoxdur.
Lakin başı suya batırmaq isə tam fərqli bir şeydir və bunun da öz məsələsi vardır:
1-Oruc olan şəxs əgər bilərəkdən başını suya batırsa ehtiyat vacibə görə orucu batildir.
2. Başın suya batmasında fərq yoxdur tək başını batırsın, yaxud bütöv bədənlə birgə batırsın.
3. Başın tam batması şərtdir. Əgər başının bir hissəsini batırıb-cıxara, sonra digər hissəsin batıra orucu batil olmaz.
4. Əgər başını suya tam batıra, lakin saçından bir hissə çöldə qala orucu batildir.
5. Əgər başının suya tam batıb-batmamasında şəkk etsə, orucu səhihdir (pozulmur).
6. Əgər oruc tutan ixtiyarsız suya düşə və başı suyun altına bata, yaxud unutqanlıq üzündən başını suyun altına batırsa gərək yadına düşən kimi dərhal başını sudan çıxarsın. Yadına düşən kimi çıxararsa dorucu düzgündür.
7. Əgər dalğıc paltarı ilə yaxud basin islanmağının qarşısını alan hər hansı vasitə ilə suyun altına dalarsa ehtiyat vacibə görə orucu batildir.
8. Başa duşla və ya hər hansı bir qabla su tökmək oruca xələl yetirməz.
(Qeyd edək ki, yalnız Ayətullah Seyyid Əli Sistani başı suya batırmağı orucun pozulmasına səbəb bilmir. Yalnız bu işi görməyi də kəskin kərahətli bilir).