Ramazan orucunu imtahanlar səbəbi ilə pozmaq olarmı?


Oruc halında imtahana getmək məktəblilər üçün çətinlik yaradır. Bu halda oruclarını yeyə bilərlərmi?
İslaminSesi.info – Ramazan orucu zamanı müəyyən olan vacib oruclardandır. Mütəal Allah Quranda bu ibadəti (şəriət göstərişlərinə uyğun) vacib etmişdir:
Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! (Bəqərə-183)

İnsan gərək oruc olduğu müddətdə gün çıxandan gün batana kimi yeyib-içməkdən və bu kimi işlərdən çəkinsin! Bəzi insanların, xüsusəndə məktəbli yaşında olanların çətinliyi olur. Oruc halında imtahana getmək məktəblilər üçün çətinlik yaradır. Bu halda oruclarını yeyə bilərlərmi?

Bu barədə “hawzahnews.com” saytı Ayətullah Seyyid Əli Xameneinin dəftərxənasına sual ünvanlayıb:
Bu ramazan ayı imtahanlar vaxtına dəsadüf edir. İmtahanlar şagirdlər üçün həyat əhəmiyyətli, tale yüklü bir məsələ olduğu üçün onlar bu imtahanlarda nə etməlidirlər? Oruclarının hökmü nədir?

Cavab: Tələbənin imtihanla həddən artıq məşğul olması orucu tərk etməyə əsas verməz. Bilərəkdən orucu iftar etmək qəzaya və kəffarəyə səbəb olar. Lakin bu da mümkündür ki, gün çıxandan gün batana qədər vaxt ərzində şərii məsafəni qət edib orucunu açsın. Sonra geri dönub işinə davam etsin.

-Yəni səfər edib hədd-tərəxxüsü keçsin və orucunu açıb geri qayıtsın. Hədd-tərəxxüs gedib-qayıtması 5 fərsəx-(təqribə 45 km) -dən az olmamalıdır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter