İmam Həsən (ə) insan mənəviyyatını məhv edən əsas amilləri nələr olaraq tanıtdırır?


Belə olan halda həmin insanın halı ölümdən də betər olan həlakət və məhv kimi dəyərləndirilir.

İslaminSesi.info- Bəzən müxtəlif dini mətnlərdə, yaxud məsumların (ə) kəlamlarində insanın “həlakı” ifadələrinə rast gəlirk. Həlak olmaq dedikdə, ilkin baxışda insanın zehninə öıüm anlayışı gəlir. Lakin mənalara diqqət etdikdə bunun heç də belə olmadığını, həlak olmağın ölüm olmadığını görürük.


Çünki insan üçün ölüm anlayışı təkcə onun cismi ilə bağlı deyil. İnsan yeganə canlıdır ki, mənəviyyat sahıbıdir. Onu insan edən də sahib olduğu bu mənəvi dəyərləridir. Bəzən özümüz də bilərəkdən, yaxud da bilməyərəkdən biri barəsində “o insan deyil”, yaxud “mən insana yaraşmayan bir iş gördüm” ifadələrini işlədirik. Bu da insanlığın maddi deyil, mənəvi dəyərlərlə ölçülməsinin bir göstəricisidir. “Həlak olmaqı” da bu cür dəyərləndirmək olar.

Bu onu göstərir ki, insan həm iki həyata, həm də iki məhvə məhkumdur. Biri maddi baxımdam var olmaq və ya həlak olmaq. Digəri isə mənəvi həyat və ya mənəvi ölüm.

Necəki Allah Təala Quranda “onların gözü var görməz, qulaqları var eşitməzlər” deyə buyurur (Əraf-179). Bu misallar da insanın iki cür diriliyə sahib olmasına işarə edir.

İnsanı mənən öldürən amillərə diqqət çəkən İmam Həsən (ə) bir hədisdə buyurulur:

İnsanın həlakı 3 şeydədir:

-Kibr- özünü böyük, digərlərini aşağı görmək.
-Hərislik- mal və sərvət üçün tamahın son həddi.
-Həsəd- başqalarının əlində olana həsəd, paxıllığ və başqasının əlində olanın əlindən çıxmasını istəmək.


İmam (ə) bu xislətləri insanı məhv edən, həlak edən xislətlər kimi tanıdır. Həqiqətən bu xislətlər insanı yeyib bitirir. Onun bütün insanlığını və mənəviyyatını məhv edir. Bu xəstəliklərin ilkin mərhələsi ancaq insanın özünə zərər verir. Lakin getdikcə şiddətlənən bu xəstəliklər ətrafa da zərər saçmağa başlayır və digərləri də bundan ziyan çəkir. Belə olan halda həmin insanın halı ölümdən də betər olan həlakət və məhv kimi dəyərləndirilir.|Yaşar Nuriyev


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter