Oruc halında ağızı təmizləmək və dişləri yumaq olarmı?
Bu barədə “hawzahnews.com” agentliyi mərcə təqlid Seyyid Muhəmməd Səid əl-Həkimin dəftərxanasına sual ünvanlayıb.
İslaminSesi.info - Ramazan ayı orucluq ayıdır. Yəni Mütəal Allah hər bir kəsə (şərtlərə uyğun) bu ay boyu oruc tutmağı vacib buyurub.
Təbii ki, orucluğun da özünə məxsus qanunları, məhdudiyyətləri vardır. Gün ərzində oruc olan adam bəzən narahatlıq hissi keçirir, ağzını yaxalamaq, dişini fırçalamaq istəyir. Bunu edə bilərmi?
Bu barədə “hawzahnews.com” agentliyi mərcə təqlid Seyyid Muhəmməd Səid əl-Həkimin dəftərxanasına sual ünvanlayıb. Sualda deyilir:
1)-Oruc olduğu halda ağzı təmizləmək və dişləri fırçalamağın hökum nədir?
Cavab: Bu işə icazə vardır. Bununla oruc batil olmur(pozulmur). Lakin ağzi bir şeylə təmizləyərkən həmin ağızda islanmış şeyi (misvakı) yenidən ağıza qaytarmaq bəyənilmir (məkruhdur). Əgər dişi təmizləmək üçün olan vasitə öz-özlüyündə quru olarsa bunun kərahəti yoxdur. Hərçənd ağıza daxil olması ilə islansa belə.
Həmçinin qeyd edək ki, Ayətullah Fazil Lənkərani ® ağızda su ilə məz-məzə etmək, ağzı yaxalamaq barədə qeyd edir:
“Oruc tutan şəxsin su ilə həddən çox məz-məzə etməsi məkruhdur (insan ağzını yaxalaya bilər, lakin suyu ağzında çox saxlamasın). Insan məz-məzədən sonar ağzının suyunu udmaq istəsə yaxşı olar ki, ağzının suyunu 3 dəfə çölə tullasın sonar udqunsun.”(məsələ-1756)
Qeyd edək ki, oruc halında ağzı yumaq, dişləri təmizləməyin maneəsi yoxdur. İnsan ağzını su ilə məz-məzə (yıxalamaq) edə bilər. Lakin yaxşı olarki suyu ağzında çox saxlamasın. İmkan qədər gündüzlər bu işlərdən çəkinsin.