Sinə və burun suyunu udmaq orucu pozurmu?


İnsan gün ərzində bəzi, orucu batil edən işlərdən çəkinməlidir.

İslaminSesi.info – Ramazan ayı orucluq ayıdır. Yəni Mütəal Allah bu ayda bəndələrə oruc tutmağı vacib buyurub. Təbii ki, bu barədə şəriətin xüsusi göstərişləri vardır.

İnsan gün ərzində bəzi, orucu batil edən işlərdən çəkinməlidir. Orucu pozan işlər barəsində “şəriət məsələləri” kitablarında təfsilatı ilə açıqlamalar verilmişdir.

Orucu pozan işlərdən əlavə bəzi şübhəli işlər də vardır ki, bu barədə müxtəlif suallar ünvanlanır.
“Hawzahnews.com” saytı Ayətullah Seyyid Əli Xameneinin dəftərxanasına bu barədə sual ünvanlayıb:


-Sinədən gələn bəlğəmin və ya burundan gələn suyun udulmasının hökmü nədir? Orucu pozurmu?
Cavab: -Ağız boşluğuna yığılmayan sinə və baş suyunun udulmasının müşkülü (problemi) yoxdur.
Yox, əgər ağız boşluğuna yığılarsa və bilərəkdən udularsa oruc batil olar (pozular).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter