“Oruc tutanın mükafatını Mən Özüməm” – Bu qüdsi hədisin mənası nədir?


Bu ay həm də Quran ayıdır. Yəni həm Quranın yer üzərinə nazıl olduğu aydır, həm də insanları Quran vasitəsi ilə ilahi dərgaha ucaldan bir aydır.

IslaminSesi.info - Ramazan ayı rəbbimizin xeyir-bərəkət dolu ayıdır. Bu ayın hər anı Allahın rəhməti ilə doludur. Hətta hədislərdə qeyd olunur ki, bu ayda mömünün yuxusu ibadət, çəkdiyi nəfəsi belə zikr hesab olunur.

Ramazan ayı orucluq ayıdır. Yəni Mütəal Allah hər bir kəsə (şərtlərə uyğun) bu ay boyu oruc tutmağı vacib buyurub. Oruc olmağın hikmət və fəlsəfəsi barədə İslam alimləri öz dəyərli fikirlərini bildiriblər. Bütün bunların hamısı nəticədə insanın özünə qayıdır və onun islahına xidmət edir.

Bütün ibadətlər yalnız Allah üçün edilir və nəticəsini də insan özü görür. Mütəal Allahın insanın ibadətinə ehtiyac yoxdur. Sadəcə insan rəbbini tanımaq şərəfinə nail olmaq və ləyaqət əldə etmək üçün ibadət etməlidir. Fərqi yoxdur bu ibadət şəriət göstərişinə uyğun olsun, yaxud əxlaqa uyğun olsun. İnsan bütün bu kimi əməl nə niyyətlərin mükafatını rəbbindən alır. Nəticəsi də insanın özünə qayıdır.

Elə isə “Oruc tutanın mükafatını Mən Özüm verəcəm” qüdsi hədisin mənası nədir?

Ayətullah Məzahiri qeyd olunan həisi-qüdsi barəsində buyurur: ” Bu hədisi 3 cür məna etmişlər:

1- Birinci məna elə camaat arsında məşhur olan mənadır. Beləki “Orucun mükafatın Mən Özüm verəcəm” deyə buyrulur. Burada bir irad ortaya çıxır ki, niyə həcc, cihad, namaz, bu kimi digər ibadətlər barəsində bu cür hədis gəlməyib. Onların mükafatını Allah Özü vermirmi?

2- İkinci mənada isə, bir dəstə insanlar deyir ki, oruc insanı “Allahıa doğru”, “Allah yanına” ucaldır. Dəlil olaraq da bu şərif ayəni qeyd edirlər:

(Qiyamət günü Allah-təala mömin kimsəyə belə buyuracaqdır: ) \'Ey (öz imanından, əməlindən və Allahın vədindən) xatircəm olan nəfs! Dön Rəbbinə! (Fəcr-27-28)

Ayədə buyrulur ki, ey xatircəm olan nəfs Mənim yanıma qayıd, gəl! Orucun da əsas xüsusiyyəti budur ki, insanı Allahın yanına döndərir. Həqiqi oruc tutan insan Allahın “yanına” yetişir. Oruc onu Allah “yanına” yetişdirir. Lakin bununla belə bu hədisin daha böyük mənası olmalıdır!

3- Üçüncü məna daha əzəmətlidir. Belə ki Mütəal Allah buyurur: Oruc bəndəmi Mənə “bənzədir”. Bu orucun mükafatı Mən Özüməm! Yəni? Yəni oruc insanı “liqa” və “fəna” məqamına çatdırır. Bu da o deməkdir ki, insanın qəlbində yalnız Allah hakim olar. O qəlb Rəhman Allahın ərşi olar!

Həmçinin rəvayətdə buyurulur ki, “Yer və göy Mənə məkan ola bilməz. Lakin Mənim yerim mömin bəndəmin qəlbidir.\"\"

(Qeyd edək ki, ərş lüğəti mənada taxt-tac deməkdir. Yəni Allah hakimiyyəti. Qəlb bütünlüklə Allah hökmranlığına mütidir)

Deyilənlərdən bu aydın olur ki, oruc elə bir fəzilətli əməldir ki, Mütəal Allah bu əməl sahibinə Özünü tanıtdırır. Öz əzəmətini bu bəndənin qəlbinə hiss etdirir./Yaşar Nuriyev


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter