Həzrəti Peyğəmbər (s) buyurdu: Oruc tutan bu 7 nemətə çatacaqdır?!
Peyğəmbər (s) buyurdu: “O zaman ki, Adəm (ə) o meyvədən yedi, onun təsiri mədəsində 30 gün qaldı. Ona görə də Allah Təala 30 gün aclıq və susuzluğu onun nəslinə vacib etdi. Ona görə də Allah onu mənim ümmətimə də vacib buyurmuşdur”.
Sonra yuxarıdakı ayəni (“Bəqərə” 183) tilavət edir. Və yəhudi deyir: “Ey Muhəmməd! Düz deyirsən. Bəs bu əyyamda oruc tutanın muzdu nədir?”.
Buyurdu: “Elə bir mömin yoxdur ki, Ramazan ayını qürbət qəsdi ilə oruc tutar, məgər o halda ki, Allah Təala onda yeddi sifəti vacib edər:
1. Haramı bədənindən əridər.
2. Onu Allah Təalanın rəhmətinə və Allaha yaxınlaşdırar.
3. Atası Adəmin (ə) xatasını aradan qaldırar.
4. Can verməyin təzyiqlərini onun üçün asan edər.
5. Qiyamət gününün susuzluq və aclığından onu amanda saxlayar.
6. Cəhənnəm atəşindən bəraəti ona əta edər.
7. Allah Təala onu behiştin pakizə yeməkləri ilə yedizdirər””.