İmam Rzanın (ə) Ramazan ayında oruc tutanlara hansı tövsiyələri etmişdir?


İlahi ziyafət ayı xas bir insanlara aid deyil, əksinə hər bir şəxs öz qabiliyyəti həddində bu süfrədən istifadə edib bəhrələnə bilər. Elə buna görə, bu müddət ərzində özünü hazırlaya bilməyən şəxslər üçün nemətlə dolu Rəcəb və Şaban ayları qərar verilib ki, Ramazan ayına hazırlaşa bilsinlər.
Amma bu iki aydan da istifadə edə bilməyən şəxslər isə göstərişə əsasən, Ramazan ayına az qalmış bir ərəfədə bu duanı oxusunlar: “Əllahummə in ləm təkun ğəfərtə ləna fi ma məza min şəban fəğfir ləna fi ma bəqiyə minh“. İmam Rza (ə) buyurur: “Allah-Təala mübarək Ramazan ayının hörmətinə çoxlu bəndələri Şaban ayında cəhənnəm odundan azad edər”.

Mərhum Əllamə Məclisi Biharul-ənvar kitabın 94-cü cildinin 73-cü səhifəsində İmam Rzadan (ə) bir rəvayət nəql edir. Rəvayətdə İmam Rza (ə) Şaban ayının axırıncı cüməsində Əba Səltə Ramazan ayının gəlişi münasibətilə yerinə yetiriləsi əməlləri öyrədir:

1- Çox dua etmək
2- Çox istiğfar etmək (günahlarının bağışlanmağını diləmək)
3- Çox Quran oxumaq
4- Günahlardan tövbə etmək
Bu rəvayətə əsasən, bu dörd əməl insanın ixlasla Ramazan ayına daxil olmasına səbəb olar.

5- Boynunda olan bütün əmanətəri sahiblərinə qaytarmaq
6- Möminlərə qarşı hər bir kin-küdurəti qəlbindən çıxarmaq
7- Qəlbdən bütün günahların kökünü kəsmək

8- Təqvalı olmaq
9- Aşkar və gizli işlərdə Allaha təvəkkül etmək
10- Bu duanı çox oxumaq: “Əllahummə in ləm təkun ğəfərtə ləna fi ma məza min şəban fəğfir ləna fi ma bəqiyə minh.”/ahliman.info


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter