Hansı amillər insanı fədakarlıq etməyə vadar edir?


İnsanı fədakar olmağa vadar edən amillər vardır ki, onlarla tanış olaq:

1. Haqqa, hüquqa dəyər vermək. Əgər insan haqqa, hüquqa dəyər verərsə və onu böyük tutarsa, ona əməl edər və cəmiyyətdə də onu büruzə verməyə çalışar.Belə düşünər ki, əgər fədakarlıq məqamına çatmasa, hüquqa lazım olan kimi riayət etməmiş olar. Ona görə də əsil vəzifəsi hüquqa nəzarət etmək olar.

2. Simicliyə nifrət etmək. Nə zaman insanda simicliyə görə nifrət yaranar və onu pis əməl hesab edər, özünü fədakar olmaq üçün məcburi bilər. Bu nifrətin qarşısını ancaq fədakarlıq ilə ala bilər.

3. Məkarim əxlaqa meyilli olmaq. Fədakarlıq məkarim əxlaqın ən üstün sifətlərindən olduğu üçün mömin fədakar olmağa həmişə meyilli olar. Ona görədir ki, İmam Əli (ə) buyurur: “İnsan, imanın ən yüksək mərtəbəsində fədakar olar”. İmam Sadiq (ə) buyurur: “Kamil insanlar çətinlik zamanı başqalarını özündən üstün bilərlər”./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter