Ən üstün gün, ay və əməl hansıdır?


İbn Abbasdan soruşurlar: “Ən üstün gün, ən üstün ay və ən üstün əməl hansıdır?”.
İbni Abbas cavab verir: “Ən üstün gün – cümə günüdür, ən üstün ay – Ramazan ayıdır və ən üstün əməl – vaxtında qılınan beş vacib namazdır”.
Bu sualı Əmirəl-möminin (ə) eşidir və buyurur: “Əgər şərq və qərbin alimlərindən bu sualı soruşsaydılar, bundan qeyrisinə cavab verməzdilər.
Ancaq mənim cavabım belədir: ən üstün əməl – o əməldir ki, Allah qəbul edər. Ən üstün ay – o aydır ki, onda tövbə edəsən. Ən üstün gün – o gündür ki, dünyadan mömin gedəsən”./ahliman.info


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter