On ikinci İmam (ə.f) zühur vaxtı hansı əlamətlərlə tanınacaq? – Hədis


Bu barədə “Hawzahnews” agentliyi Ayətullah Seyyid Əli Sistaninin dəftərxanasına elektron məktub ünvanlayıb.

İslaminSesi.info - Məhdəviyyət və xilaskarı gözləmək fəlsəfəsi bütün səmavi dinlərin əsasını təşkil edir. Bütün keçmiş peyğəmbərlər dünya zülümlə dolduqda sonuncu peyğəmbərin nəslindən olan bir xilasksrın zühür edəcəyi vədəsini vermişlər.

Bu xilaskar yer üzünün höccəti, zəmanəmizin İmamı, bəşəriyyətin xilaskarı, Allah dininin bayraqdarı, zalimlərdən intiqam alan, yer üzünü ədalətlə doluran Həsən Əskərinin oğlu Həzrət Mehdidir (ə.f).

İmam (ə.f) dünyaya gəldiyi vaxtad iki dəfə insanlardan uzaqlaşmış, gözlərdən qeybə çəkilmişdir. Bu uzaqlaşmağa “kiçik və böyük qeybət dövrü” deyilir.

İmam (ə.f) təxminən 70 illik kiçik qeybət, yaxud naiblik dövründə sanki müsəlmanları öz yoxluğuna, böyük qeybət dövrünə alışdırmış, bu dövrdə alimlər və elm ocaqları qoyub getməklə yeni mərhələnin əsasını qoymuşdur. Bu mərhələ müsəlmanların tale yüklü ağır məsələlərini çiyinlərinə alan “İctihad” mərhələsi idi.

İkinci qeyb dövrü isə uzun sürən dövrdür ki, İmam (ə.f) özü və insanlar bu zühurun intizarındadır. Elə isə İmam (ə.f) zühur edərkən necə tanınacaq?

Bu barədə “Hawzahnews” agentliyi Ayətullah Seyyid Əli Sistaninin dəftərxanasına elektron məktub ünvanlayıb və sualda deyilir:

İmam (ə.f) əsasən nə ilə tanınacaq? Cavab: “Haris ibn Muğeyrə deyir: İmam Sadiqdən (ə) soruşdum: Qaim İmam (ə.f) nə ilə tanınacaq?

İmam Sadiq (ə) : Təmkinlik, aramlıq, ruhu rahatlıq, əzəmət və vüqarla.

Haris ibn Muğeyrə: Necə? İmam Sadiq (ə): İnsanların ona (ə.f) (elminə) ehtiyaclı olmasından və halal-haramlara olan diqətindən tanıyacaqsan. Onun (ə.f) heç bir kəsə (heç bir kəsin köməyinə) ehtiyacı olmayacaq. Onda (ə.f) Peyğəmbərin (s) silahı olacaq. O (ə.f) yalnız vəsidir və vəsi övladıdır. (İmamın nəsəbinə işarə olunur).” Qeyd edək ki, İmamın (ə.f) bir çox əlamətləri də qeyd edilib ki, burada yalnız İmam Sadiqin (ə) bir hədisində gələn əlamətləri təqdim etdik./Yaşar Nuriyev


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter