Peyğəmbərİn İsmətİnİn necə İsbat etmək olar?


Peyğəmbərlərin ismətini Qurana əsaslanaraq isbat edin.
Quran ayələri ilə peyğəmbərlərin ismətinin sübutları 3 hissəyə bölünür:
1. Əqli dəlillərə söykənərək,
2. Nəqli (ayə və hədis) dəlillər ilə,
3. Əqli və nəqli müqəddimələri cəmləyərək nəticə almaqla.
İndi isə qısa olaraq bu məsələnin Quran baxımından əqli dəlillərin bəzisinə işarə edirik:

Peyğəmbərlərin isməti
Bəzi ayələr peyğəmbərlərin vəhyi qəbul edərkən və çatdırarkən xətadan uzaq olmalarını isbat edir. Bu haqda Quranda oxuyuruq:
«عالِمُ الْغَيْبِ فَلا يُظْهِرُ عَلى غَيْبِهِ أَحَداً. إِلاّ مَنِ ارْتَضى مِنْ رَسُولٍ فَإِنَّهُ يَسْلُكُ مِنْ بَيْنِ يَدَيْهِ وَ مِنْ خَلْفِهِ رَصَداً. لِيَعْلَمَ أَنْ قَدْ أَبْلَغُوا رِسالاتِ رَبِّهِمْ وَ أَحاطَ بِما لَدَيْهِمْ وَ أَحْصى كُلَّ شَيْءٍ عَدَداً».
“Qeybi bilən ancaq Odur və Öz qeybini heç kəsə əyan etməz; Bəyənib seçdiyi peyğəmbərdən başqa! (Qeybi nə bir mələk, nə də bir peyğəmbər bilər. Onun açarları ancaq Allahın əlindədir. Lakin Allah istədiyi peyğəmbərə bir möcüzə olaraq vəhy yolu ilə qeybdən bəzi xəbərlər bildirər). Allah onların önündə və arxasında (mələklərdən ibarət) gözətçilər qoyar ki, (Peyğəmbərlərinin) öz Rəbbinin göndərdiklərini (nə cür) təbliğ etdiyini bilsin (bəlli etsin). (Allah) onlarda olanların hamısını (peyğəmbərlərin əhvalatını və bütün əməllərini Öz elmi ilə) ehtiva etmişdir. O, hər şeyi bir-bir sayıb yazmışdır (təsbit etmişdir)!” (Cin surəsi 26-28-ci ayələr)
Bu ayənin əvvəlində belə aydın olur ki, Qeybi bilən yalnız Allahdır və O bəyənib seçdiyi peyğəmbərlərdən başqa heç kəsə onu əyan etməz!
Davamında isə «فَإِنَّهُ يَسْلُكُ مِنْ بَيْنِ يَدَيْهِ وَ مِنْ خَلْفِهِ رَصَداً». (O, onların önündə və arxasında gözətçilər qoyur ki, öz Rəbbinin göndərdiklərini (nə cür) təbliğ etdiyini bilsin) cümləsi işlənir. Burada (مِن خلفه) və (مِن بَينَ يديهِ) (önündə və arxasında) cümlələrindən məqsəd vəhyi qəbul və camaata təbliğ edərkən xətadan amanda qalmalarıdır.

Peyğəmbərlərin sədaqətli olmaları
Bir neçə ayələrdə peyğəmbərlər Muxləs (sədaqətli) insanlardan hesab olunur. Allah-taala Həzrət Musa (ə) haqqında buyurur:
«وَ اذْكُرْ فِى الْكِتابِ مُوسى إِنَّهُ كانَ مُخْلَصاً وَ كانَ رَسُولاً نَبِيًّا»؛
“Kitabda Musanı da xatırla! Həqiqətən o, seçilmiş bir elçi və peyğəmbər idi.” (Məryəm surəsi, 51-ci ayə)
Həzrət Yusif (ə) haqqında buyurur:
«... إِنَّهُ مِنْ عِبادِنَا الْمُخْلَصِينَ»؛
“... O, həqiqətən, Bizim sadiq bəndələrimizdəndir!” (Yusif surəsi, 24-cü ayə)
Muxləs (sadiqlik və paklıq) sifəti məsumluqla eyni sifətdir. Necə ki, bu sifətə malik olanlara şeytan yaxın düşə bilmir. Və nəticədə şeytanın vəsvəsələri ilə səhvə və xətaya düçar olmaqdan uzaq olub məsum qalırlar. Hətta bu ayədə şeytan onlar qarşısında çarəsiz olduğunu etiraf edir:
«قالَ فَبِعِزَّتِكَ لَأُغْوِيَنَّهُمْ أَجْمَعين. إِلاَّ عِبادَكَ مِنْهُمُ الْمُخْلَصِينَ»؛
(İblis) dedi: “Sənin izzətinə-qüdrətinə and olsun ki, onların (Adəm övladının) hamısını (haqq yoldan) azdıracağam yalnız Sənin sadiq bəndələrindən başqa! (Sad surəsi, 82-83-cü ayələr)

Peyğəmbərlərə itaət etmək
Allah peyğəmbərlərə qeydsiz-şərtsiz itaət etməyi, tabe olmağı vacib etmişdir:
«وَ ما أَرْسَلْنا مِنْ رَسُولٍ إِلاَّ لِيُطاعَ بِإِذْنِ اللَّهِ».
“Biz hər bir peyğəmbəri, ancaq ona Allahın iznilə itaət olunsun deyə, göndərdik.” (Nisa surəsi, 64-cü ayə)
İtaət etməyin mənası onu tələb edir ki, itaət olunan gərək məsum olsun. Əgər peyğəmbərlər məsum olmasaydı heç bir şərt olmadan və hər zaman itaət olunsaydı onların xəta və səhvləri zamanı da onlara itaət olunardı. Belə məntiqsiz ziddiyyət təşkil edən işin Allah tərəfindən əmr olunması olması qeyri mümkündür.

Peyğəmbərlərin zülm etməməsi
Allah-taala Quranda ilahi (risalət) məqamının o kəslərə məxsus olunduğunu deyir ki, onlar heç zaman zülm etməyiblər.
«لا يَنالُ عَهْدِى الظَّالِمِينَ».
“Zalımlar Mənim (onlarla) əhd (bağlamağıma) nail olmazlar!”– dedi.” (Bəqərə surəsi 124-cü ayə)
Hər bir günah zülmdür. Günah və zülm Allahın haqqını tapdalamaqdır. Buna görə də Quran dilində hər günahkar zalim adlanır və onlar nübuvvət və İmamət kimi ilahi məqamlardan məhrumdurlar.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter