Namazı necə qılmalıyıq! Məsumlar bu haqda hansı göstərişləri veriblər?!


Zürarə İmam Baqirdən (ə) belə nəql edir: “Namaz qılanda hüzuri-qəlblə və diqqətlə qıl! Çünki sənin namazdan nəsibin – təkcə ona olan diqqətin qədərdir. Heç vaxt namazda əlinlə, başınla, üzünlə oynama, ürəyində danışma, əsnəmə!”.

İmam Baqir (ə) Həzrət Peyğəmbərdən (s) nəql edib buyurur: “Mömin bəndə namaza durduğu zaman, Allah Təala ona namazın sonunadək mərhəmətlə baxar, Allahın mərhəməti onun başının üstündən səmayədək kölgə salar, onun yanından üfüqlərədək mələklər toplanar. Allah Təala onu üçün bir mələk təyin edər ki, onun başı üstündə durub deyər: “Ey namaz qılan! Əgər kimin sənə baxdığını və kimlə söhbət etdyini bilsən, heç vaxt yeirndən tərpənməz, bu haldan çıxmazsan””.

İmam Sadiqdən (ə) belə nəql edilir: “Sənin namazdan qazandığıın – yalnız onda Allaha olan diqqətin qədərdir. Əgər namaz qılan onu xəyallarla başa vursa, yaxud onun ayinlərindən qafil olsa – belə bir namazı büküb, sahibinin üzünə vururlar”.

Rəsuli-Əkrəm (s) buyurub: “Bəndə namaza qılan zaman şeytan gəlib: “filan şeyi, filan şəxsi fikirləş” - deyir ki, insan neçə rükət namaz qıldığını bilməsin”.

Allahın Peyğəmbəri (s) buyurub: «Hər şeyin siması var, sizin dininizin də siması namazdır».

Allahın Peyğəmbəri (s) buyurub: «Həqiqətən dinin sütunu namazdır və Adəm övladından soruşulan ilk şey – namaz olacaqdır. Namazı doğru olsa, o biri əməllərinin hesabatı aparılacaqdır. Doğru olmasa, digər əməllərinin hesabatı aparılmayacaq».

İmam Əli (ə) buyurub: «Bir şəxs namaza dayananda, Allahın bəndəni əhatə edən rəhmətini görən iblis, paxıllıqla ona baxar».

Allahın Peyğəmbəri (s) («xuşu nədir?» sualının cavabında buyurub): «Namazda mütilik və bəndənin tam qəlbi ilə öz Rəbbinə üz tutmasıdır».

İmam Əli (ə) buyurub: «İnsan namazda xuşu halında olmalıdır. Qəlbi Allahın qarşısında xuşu halında olan şəxsin bədən üzvləri də xuşu halında olar və buna görə, heç bir əzası ilə oynamaz».

İmam Səccad (ə) (namazın qəbul olunmasına səbəb olan şey barədə sualın cavabında buyurub): «Bizim məhəbbətimiz və vilayətimiz, eləcə də, düşmənlərimizə nifrət etmək».


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter