Cümə gününün savabı və dəyəri haqda məsumlar nələr buyurmuşlar?!


Allahın Peyğəmbəri (s):«Cümə günü günlərin ağasıdır və o Allah-taalanın yanında Qurban və Fitr günündən də hörmətlidir.» (Biharul-Ənvar, c.89, səh.267, hədis 5)

İmam Əli (ə):«Hər cümə günü öz ailə üzvlərinizə bir az təzə meyvə nübar edin ki, cümənin gəlməsindən sevinsinlər.» (Biharul-Ənvar, c.104, səh.73, hədis 24)

İmam Baqir (ə):« Həm xeyir, həm də şər cümə günü ikiqat artar.» (Biharul-Ənvar, c.89, səh.283, hədis 28)

İmam Baqir (ə):«Cümə günü sədəqə(nin savabı) ikiqat artar. Çünki, cümə günü digər günlərdən üstündür. (Səvabul-Ə’mal, səh.220, hədis 1)

İmam Sadiq (ə) (həmin ayənin təfsirindən): «Şəhadət verən cümə günü, şəhadət verilən isə Ərəfə günüdür.» (Məani əl-Əxbar, səh.299, hədis 18)

Cümə qüsulu
Allahın Peyğəmbəri (s):«Ey Əli! İnsanlar hər yeddi gündən bir özlərini yumalıdır. Buna görə də, hətta onun suyunu tədarük görmək üçün gününün yeməyini satıb ac qalmalı olsan belə hər cümə qüsl et! Çünki, cümə qüslundan üstün olan bir müstəhəb əməl yoxdur.»
(Biharul-Ənvar, c.81, səh.129, hədis 18) /İmameli.az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter