Cəhənnəm əhlinin kömək xahişinə behişt əhli nə cavab verəcək?
Bir insanı təsəvvür edin ki, dənizin ortasında qərq olmaq üzrədir. Ətrafında olanlardan ona yardım etməsini istəyir. Ancaq heç kəsin ona yardım etməyə qüdrəti çatmır. Bu hal barəsində Quran buyurur: «Ey mənim qövmüm! Həqiqətən mən sizin üçün «bir-birini səsləmə» günündən (insanların qorxudan bir-birlərini köməyə çağıracaqları və hamılıqla fəryad qoparacaqları gündən) qorxuram». (Ğafir” 32).
Bu ayə Qiyamət gününü yövmul-tənad günü adlandırmışdır. Yəni, insanların qorxudan bir-birini yardıma çağırdıqları gündür.
İmam Sadiq (ə) buyurur: “Yövmul-tənad o gündür ki, cəhənnəm əhli behişt əhlini səsləyəcəkdir ki, bizə behişt suyundan və ya ruzisindən verəsiniz. Ancaq behişt əhlinin cavabı bir kəlmədə xülasə olacaqdır: “Bacarmırıq”.
Çünki Allah suyu və ruzini cəhənnəm əhlinə haram etmişdir. Hər kim bu dünyada mal və şəhvət dənizində qərq olar, hidayət səsinə qulaq verməz, sabahısı günü yardım səsinə bu cür cavab alacaqdır./Deyerler.