Hz. İbrahimi (ə) “Xəlil” məqamına çatdıran əməl – Ayətullah Kəşmiridən nəsihəti!


“Həqiqətən, Allah, İbrahimi (Özünə) Xəlil (dost) tutmuşdur!” (Nisa-125)

İslaminSesi.info – Allah Təalanın bütün peyğəmbərləri ismət (günahsız) və böyük fəzilət məqamına sahibdirlər. Quran bizə peyğəmbərlər arasında heç bir ayrı seçkilik və fərq qoymamağı, onların (ə) hamısına ehtiram etməyin vacibliyini öyrədir:

“(Onların) hamısı Allaha, Onun mələklərinə, kitablarına və (bütün) peyğəmbərlərinə iman gətirərək dedilər: Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq. (Allahın hökmlərini) eşitdik (anladıq) və itaət etdik.” (Bəqərə -285)

Allah Təala, Öz peyğəmbərlərindən bəzisini atasız yaratmaqla, bəzisi ilə danışmaqla, bəzisini “xəlil” (dost) adlandırmaqla onlara müxtəlif fəzilət və üstünlük bəxş etmişdir. Məsələn Həzrət İbrahim (ə) barədə Quran buyurur:“Həqiqətən, Allah, İbrahimi (Özünə) Xəlil (dost) tutmuşdur!” (Nisa-125)

Mərhum Ayətullah Kəşmiri barədə xatirələlirin birində deyilir ki, mərhum ustad hər namazdan sonra dərhal səcdəyə gedər, alnını möhürə qoyub 3 dəfə “Əlhəmdlillah” zikr edər, sonra sağ üzünə yerə qoyub 3 dəfə “Şükran Lillah” deyər, sonra sol üzünü yerə qoyar və 3 dəfə “Əstəğ-firullah” deyərdi. Bunun səbəbini soruşduqda ustad buyurdu: “Həzrət İbrahim (ə) bu səcdələrin köməyi ilə Xəlil-Əllah oldu.” \"Kitabe ruh və reyhan. Səh-107)

Təbii ki, insan rəbbinə yaxın olmaq üçün böyük mənəvi paklıq mərhələsi keçməlidir və bu yolda da hər bir əməlin öz xüsusi təsiri vardır./Yaşar Nuriyev


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter