Qəzet, jurnal və bu kimi yazılarda Quran ayələrinə toxunmağın hökmü nədir?
(O, Allah dərgahında) qorunub saxlanılan bir Kitabdadır. Ona yalnız pak olanlar toxuna bilər!(Vaqiə-78-79)
İslaminSesi - Şəriətin buyurduğuna görə dəstəmazsız halda Quran yazılarına toxunmaq olmaz. Quran yazılarına əl sürmək, toxunmaq üçün gərək qüsuldan pak və dəstəmazlı olamısan.
Amma dəstəmazsız Quranın cildinə toxunmağın, ona baxmağın, vərəqləməyin, oxumağın eybi yoxdur. Quranı ələ götürmək, yazılara toxunmadan oxumaq üçün dəstəmaz almaq vacib deyil.
Həmçinin Quran ayələri də bu cürdür. Beləki qəzet, jurnal və bu kimi yazılarda Quran ayələrinə toğunmağın hökmü Quranda olduğu kimidir. Bu barədə Hawzahnews xəbər ağentliyi Ayətulah Seyyid Əli Xameneyinin dəftərxanasına sual ünvanlayıb:
Sual: Qəzet, jurnal və bu kimi yazılarda Quran ayələrinə toğunmağın hökmü Quranda olduğu kimidir? Burada da paklıq şərtdirmi?
Cavab: Bəli, bu məsələ yalnız Qurani Kərimlə xüsusiləşmir. Quran ayəsi və ya hər hansı kəliməsi başqa bir kitabda, qəzetdə, jurnalda və bu kimi yazılarda olmasından aslı olmayaraq bu məsələ ümumidir.
Qeyd edək ki, Quran tərcüməsi bu hökümdə deyildir:Sual: -Ərəb dilindən qeyri dildə olan Quran ayələrinə dəstəmaz olmadan toxunmaqın hökmü nədir?
Quranın yazısına dəstəmazsız toxunmaq, yaxud bədənin hər hansı bir hissəsi toxundurmaq haramdır. Amma Quranın tərcüməsinə dəstəmazsız toxunmağın işkalı yoxdur. (İmam Xomeyni, Ayətullah Lənkərani, Sistani, Zəncani, Behcət, Məkarim Şirazi)./Yaşar Nuriyev