Quranda Allaha doğru yüksəldiyi bildirilən “pak söz” nədir?


İnsanın əldə etdiyi bütün bu ilahi mərifət və biliklər, həmçinin qəlbində hasil olan paklıq və nuraniyyət onu Allahına doğru ucaldan amillərdir.

İslaminSesi.info - Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların (kafirlərin) ancaq ziyanını artırır. (İsra-82) Qurani Kərim əsasən insanın rəbbi barədə maariflənməsi, dini əxlaqı, şəri məsələlərə agahlıq əldə etməsi, hətta müxtəlif tarixi hadislərə bilik əldə etməsi üçün bir ilahi kitabdır. Bütün bunlarla yanaşı Quranın qəlblərə nur saçan bir kitabdır. İnsan Quran oxuduqda elm və mərifət əldə etməklə yanaşı qəlbində paklıq və nuraniyyət hasil olur.

İnsanın əldə etdiyi bütün bu ilahi mərifət və biliklər, həmçinin qəlbində hasil olan paklıq və nuraniyyət onu Allahına doğru ucaldan amillərdir. Qurani Kərim bunu bu şəkildə ifadə edir: “Hər kəs izzət-qüdrət istəsə, (bilsin ki, dünyada da, axirətdə də) bütün izzət-qüdrət (şərəf-şan) ancaq Allaha məxsusdur. Pak söz Ona tərəf yüksələr və pak sözü də (Allah dərgahına) yaxşı əməl qaldırar.” (Fatir-10)

Ayətullah Məkarim Şirazi ayənin təfsirində buyurur: “Mütəal Allah yağış qətrələri ilə olu torpağa həyat verdiyi kimi, “pak söz” və “saleh əməllə” insanı ucaldar, Öz yaxınlıq və rəhmətinə daxil edər.” (Təfsir Nümunə cild-18)

“Məcməul-bəyan” təfsirində deyilir: “Yüksəlmək ifadəsi Allah Təalaya nisbət verilir. Necəki deyərlər onların işi sultana, padişaha qaldırıldı (ğötürüldü), “pak sözə” gəlincə isə Allahı böyük bilmək (allahu Əkbər), pak və münəzzəh bilməkdir (sübhanəllah). Ən üstün kəlimə “La ilahə illəllah” zikridir. (cild 20. Səh-311)/Yaşar Nuriyev


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter