“Pis şeylərdən uzaqlaş!” ayəsində məqsəd nədir və hədəf kimdir? – Muddəsir (5)


Qurani kərimdə zikr olunan “Ruczə” pis işlər (وَالرُّجزَ) kəlməsində hansı məna qəsd edilib?

İslaminSesi.info – Qurani Kərimdə “Muddəssir” surəsində Mütəal Allah peyğəmbərə (s) müraciətlə insanları pslikdən çəkinməyə əmr edir. Ayədəki pis işlərdən çəkin ifadəsi ərəbcə (وَالرُّجْزَ فَاهْجُرْ ) şəikldə zikr olunmuşdur. Quran bu xitabı kimə edir və hansı günahlardan çəkinməyi əmr edir?
Bu barədə Seyyid Sistaninin dəftərxanasına sual ünvanlayıb.

Sual: Muddəsir surəsində zikr olunan “Ruczə” kəlməsi (وَالرُّجْزَ ) hansı mənadadır və Allah Təala kimə xitab edir?

Cavab: ” Ayədə hər növ günah və Allaha üsyandan çəkinməyə əmr edilib (məsiyət).Təfsir alimlərinin yekdil rəyinə əsasən Peyğəmbər (s) künahdan məsumdur, insanlar üçün ülgüdür.

Peyğəmbərlərdən (ə) günah və pis əməl baş verməz. Əslində müfəssirlər tərəfindən yekdilliklə bu xitabın möminlərə deyildiyi qəbul olunur. Necəki övlada oğurluq etmə deyirsən. Bu o demək deyil ki, uşaq oğurluq edir!

Peyğəmbərin (s) məsumluğunun dəlili Quranda “Nəcm” surəsində zikr olunmuşdur:

“O, kefi istəyəni (havadan) danışmır. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir.” (Nəcm-3-4)””

Qeyd edək ki, ayədəki “ricz” kəlməsi əzaba səbəb olacaq hər bir günah və üsyandır. Allah Təala ayədə bu cür xitab etməklə bütün insanlara hər növ günahdan çəkinməyi əmr edir.|Yaşar Nuriyev


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter