“Biz səni müjdəçi və qorxudan göndərdik” – Peyğəmbər müjdə verəndir, qorxudan?


Quranda buyurulur: Ya Peyğəmbər! Həqiqətən, Biz səni (ümmətinə) bir şahid, bir müjdəçi və bir qorxudan kimi göndərdik! (Əhzab-45).

İlkin baxışda müjdə verənlə qorxudan kəlmələri arasında ziddiyyət görünsə də, həqiqətdə belə deyildir. Digər Quran ayələri, hədis və təfsirlərə müraciət etdikdə məsələnin mahiyyətini anlamaq olur.

Müjdə verən xoş aqibət vəd edən mənasındadır. Bu istər dünyada olsun, istər axirətdə. Allah Təala yaxşı əməl sahiblərini və iman gətirənləri böyük mükafatla müjdələyir. Onlara dünyada izzət, axirətdə isə əbədi cənnət vəd edir.

Qorxudan isə pis əməl sahiblərinə aiddir. Peyğəmbərlər necəki iman gətirənləri xoş aqibətlə müjdələyir, həmçinin şirk və günah əhlini də ilahi əzabla təhdid edib qorxudur.


“Xeyr, o səndən əvvəl peyğəmbər göndərilməmiş bir qövmü (Allahın əzabı ilə) qorxutmağın üçün Rəbbindən (nazil) olan bir haqdır. Bəlkə, doğru yola yönələlər!” (Səcdə-3)|Yaşar Nuriyev




© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter