Yemək yeməklə bağlı Həzrət Zəhra (s.ə) hansı 3 tövsiyəsiyələri buyurmuşdur?
Həzrət Fatimeyi-Zəhra (ə) yemək yeməklə bağlı 3 tövsiyə vermişdir ki, onlara işarə edək.
Xanım Zəhra (s.ə) buyurur: “İnsanlar yemək yeyən zaman süfrə başında 12 mühüm qaydaya əməl etməli və riayət etməlidirlər. Onlar üç dəstəyə bölünür. Hər birində dörd qayda vardır.
Birinci hissə vacib və zəruridir. İkinci hissə müstəhəbdir. Axırıncı hissə insan şəxsiyyətinin nişanəsidir. Zəruri olan 4 qayda:
1. Bu nemətlərin haradan və Kim tərəfindən bizə çatdığını bilmək.
2. Allah tərəfindən bizə təqdir edilən şeylərə razı olmaq.
3. Yeyən zaman Allahın adını dilə gətirmək.
4. Allahın verdiyi nemətə görə əvvəldə və axırda Allahın şükrünü yerinə yetirmək.
Müstəhəb olan 4 qayda:
1. Yeməkdən əvvəl əlləri və ağzı yumaq.
2. Yemək yeyən zaman bədənin sol tərəfində əyləşmək.
3. Əyləşən zaman yemək yemək.
4. Tikəni üç barmaqla götürmək və yemək.
Üçüncü hissənin 4 qaydası:
1. Qarşında olan yeməkdən yemək, başqalarının qarşısında olan yeməklərə əl uzatmamaq.
2. Tikəni kiçik götürmək.
3. Yeməyi yaxşı çeynəmək və udmaqda tələsməmək.
4. Yemək yeyən zaman başqalarının əlinə, üzünə və ağzına baxmamaq”.
Loğmanın nəsihətlərindən.
Loğman oğluna buyurur: “Oğlum! Nə zaman qarın dolu olar – fikir yuxuya gedər. Hikmət işdən düşər və bədən üzvləri ibadətdən qalar”.