Necə ola bilər kİ, təklifi olmayan bİr uşaq məsum hesab olunsun?


1. İsmət təklif və məsuliyyət gətirmək zorundadır. Təklif həddinə yetişməyən insan da xətalardan və dində haram olanlardan - həmin əməllərin pisliyindən dolayı uzaq olmaqla məsum ola bilər. Baxmayaraq ki, təklif həddinə yetişməyən uşaq həmin əməlin əzabının qorxusundan uzaq olmamışdır.
Əgər elə hesab etsək ki, ismət təklifi zəruri edir, o zaman deyə bilərik ki, adi insanlarda və seçilmiş peyğəmbərlərdə təklifin zamanı müxtəlifdir. Necə ki, bəzi peyğəmbər və İmamlar elə yetkinlik yaşlarından həmin məqama seçilmişlər.
«قالَ إِنِّي عَبْدُ اللّهِ آتانِيَ الْكِتابَ وَ جَعَلَنِي نَبِيًّا. وَ جَعَلَنِي مُبارَكاً أَيْنَ ما كُنْتُ وَ أَوْصانِي بِالصَّلاةِ وَ الزَّكاةِ ما دُمْتُ حَيًّا. وَ بَرًّا بِوالِدَتِي وَ لَمْ يَجْعَلْنِي جَبّاراً شَقِيًّا»؛
“(Allahdan bir möcüzə olaraq körpə dilə gəlib) dedi: “Mən, həqiqətən, Allahın quluyam. O mənə kitab (İncil) verdi, özümü də peyğəmbər etdi. O, harada oluramsa olum, məni mübarək (həmişə hamıya xeyir verən, dini hökmləri öyrədən) etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu. O, həmçinin məni anama qarşı olduqca itaətkar (nəvazişkar) etdi, (heç kəsə qarşı) zülmkar, asi (dikbaş) eləmədi!” (Məryəm surəsi, ayə 30-32)
Həzrəti Yəhyanın (ə) barəsində Qurani-Kərim buyurur:
«يا يَحْيى خُذِ الْكِتابَ بِقُوَّةٍ وَ آتَيْناهُ الْحُكْمَ صَبِيًّا. وَ حَناناً مِنْ لَدُنّا وَ زَكاةً وَ كانَ تَقِيًّا. وَ بَرًّا بِوالِدَيْهِ وَ لَمْ يَكُنْ جَبّاراً عَصِيًّا»
“(Yəhya dünyaya gəldikdən sonra ona dedik): “Ey Yəhya! Kitabdan bərk yapış (Tövratı möhkəm tutub onun hökmlərinə ciddi əməl et!). Biz uşaq ikən ona hikmət (Allah kəlamının incəliklərini anlamaq, peyğəmbərlik) verdik. Biz həm də ona Öz dərgahımızdan bir mərhəmət (yaxud insanlara qarşı şəfqət) və (günahlardan) paklıq bəxş etdik. O, (çox) müttəqi idi. (Yəhya) ata-anasına qarşı da olduqca itaətkar (nəvazişkar) idi: zalım, asi (dikbaş) deyildi.” (Məryəm surəsi, ayə 12-14)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter