İsmət və günahı özündən uzaqlaşdırmaq necə mümkün ola bilər?


“Rəf”: bu mənadadır ki, şeytanın vəsvəsəsi şəxsə təsirini göstərərkən həmin insan onunla cihada qalxıb qarşısını alır.
“Dəf”: isə bu mənadadır ki, insan öz qəlbinin və canının sərhədlərini elə dəqiq qoruyur ki, şeytanın vəsvəsələrinin daxil olmasına öncədən əngəl olub qarşısını alır.
İmamların isməti ikinci qismdəndir. Yəni dəf`idir. Bu cavaba bir neçə Quran ayəsi ilə aydınlıq gətiririk:
Qurani-Kərim Həzrət Yusifin (ə) qissəsində Misir əzizinin xanımının vurğunluğuna işarə edərək buyurur:
«قَدْ شَغَفَها حُبًّا»؛
“(Yusifin) məhəbbəti onun (Züleyxanın) qəlbinin dərinliyinə nüfuz etmişdi”.( Yusif surəsi 30-cu ayə)
Ayədə göründüyü kimi, Züleyxa vurğunluqdan coşduğundan Yusifə (ə) günah etməyin imkanlarını hazırlamışdı. Ona günah etməyi təklif edirdi. Amma, Yusif (ə) onun istəyini rədd edir. Çünki o, Allahın xəbərdarlığını o zaman xatırlayır. Bu haqda Allahın kitabında oxuyuruq:
«وَ لَقَدْ هَمَّتْ بِهِ وَ هَمَّ بِها لَوْ لا أَنْ رَأى بُرْهانَ رَبِّهِ كَذلِكَ لِنَصْرِفَ عَنْهُ السُّوءَ وَ الْفَحْشاءَ إِنَّهُ مِنْ عِبادِنَا الْمُخْلَصِينَ»؛
Doğrudan da (qadın) ona meyl salmışdı. Əgər Rəbbinin dəlilini (xəbərdarlığını) görməsəydi, (Yusif də) ona meyl edərdi. Biz pisliyi və biabırçılığı (zinanı) ondan sovuşdurmaq üçün belə etdik. O, həqiqətən, bizim sadiq bəndələrimizdəndir! (Yusif surəsi 24-cü ayə)
Ayədən anlaşıldığı kimi, Yusifin (ə) günah fikrinə düşməməsinə səbəb Allahın dəlili olmuşdu. Allahın dəlili hüccət və aşkar xəbərdarlığı deməkdir. O elə bir xatircəm haldır ki, qəlbə hakim olur. Bu hal bir əməlin pisliyi və ya yaxşılığına bilgi olmaqla ələ gəlməz. Necə ki, insanlardan əksəri günahın pisliyini bilsələr də şəhvət və nəfsi istəklər onlara qələbə çaldığından azmüddətli mən-fəətdən dolayı günaha düçar olurlar.
Allahın dəlilindən məqsəd Yəqini (dəqiq) elmdir ki, nəfsi öz tabeçiliyinə gətirərək günah meylə heç bir zəminə qoymur. Çünki Yəqini elmlə günahın həqiqət və batinini dərk etdiyindən ona meyl göstərmir.
Ancaq nədən Tanrı bu vasitə ilə Yusifdən (ə) günahı uzaq-laşdırdı? Cavabında buyurur: “O bizim muxləs (sadiq və itaətkar) bəndələrimizdəndir”.
Şeytanın işi insanları doğru yoldan çıxartmaqdan ibarət olsa da muxlislərin qarşısında öz müvəffəqiyyətsizliyini etiraf edir:
«قالَ رَبِّ بِما أَغْوَيْتَنِى لَأُزَيِّنَنَّ لَهُمْ فِى الْأَرْضِ وَ لَأُغْوِيَنَّهُمْ أَجْمَعين. إِلاَّ عِبادَكَ مِنْهُمُ الْمُخْلَصِينَ»؛
(İblis) dedi: “Ey Rəbbim! Sən məni qovduğuna görə, mən də yer üzündə onlara (pis işləri) gözəl göstərib onların hamısını azdıracağam. Yalnız Sənin sadiq qullarından başqa”. (Hicr surəsi, 39 və 40-cı ayələr)
Burada şeytanın etirafı Allahın muxlis bəndələrinə sayqı göstərməyindən deyil. Bəlkə acizliyindəndir. Muxlis insan bütün nəfsi istəklərini və əməllərini Allahın izni və ağlın hökmü altına gətirərək şeytanın təhrikləri qarşısında əzmkar iradə ilə cihad edir. Öz nəfsinə qalib gələrək onu əsir edir. Belə olan şəxsə şeytan əsla yol tapa bilməz.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter