Quranda adı keçən və təhdid edilən “Əshabul-uxdud” kimlərdir?


Sual: Əshabul-uxdud (xəndək-sahibləri) kimlərdir?
Cavab: Əshabul-uxdud barəsində müxtəlif fikirlər qeyd olunub və bunların izahında da bəzi fikir ayrılıqları mövcuddur.

Əli ibn İbrahimin təfsirində qeyd olunur ki, Həbəş krallarından biri nəsrani əqidəsində olan Nəcran sakinlərini məcbur şəkildə yəhudiliyi qəbul etmələrini istəyirdi. Lakin nəsranilər bundan imtina edirdilər. Həbəş kralı etiraz edənləri cəzalandırmaq üçün xəndək qazdırdı və içini odunla doldurub, yandırdı. Yəhudiliyi qəbul etməyənlərin bəzisi qılıncla öldürülür, bəzisi isə xəndəkdə yanan böyük odun içinə atılırdı. Beləcə 20minə yaxın insan qətl edildi.
“Qəsəsul-ənbiya” kitabında İmam Sadiq (ə) Hz. Əlidən (ə) nəql edir ki, Allah Təala həbəşli bir peyğəmbəri qövmünü doğru yola dəvət etmək üçün onlara göndərdi. Peyğəmbər onları Allahın dininə dəvət edirdi. Qövmündən kafir olanlar iman gətirənlərlə döyüşdü və möminləri məğlub edib içində yanar tonqal olan xəndəyə tökürdülər. Hətta deyirdilər kim bu peyğəmbərdən üz çevirsə azaddır, ondan dönməyənlər isə odda yandırılacaq. Beləcə böyü bir kütlə peyğəmbərdən üz çevirdi, çoxlu sayda insan isə oda atılıb yandırıldı. Qeyd edək ki, Nəcran hazırda Səudiyyənin Yəmənlə sərhəddində yerləşən bir əyalətdir./Yaşar Nuriyev


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter