Hansı üç dəstənin duasına hamının ehtiyacı vardır ki, istəkləri geri dönməz?!


\"Üç dəstənin duası Allah dərgahında geri qaytarılmaz...\" İmam Baqir (ə)

İslaminSesi.info – Dua insanın rəbbi ilə ünsiyyətidir. İnsanın rəbbindən istəməsinə dua deyilir. Bununla yanaşı dua dərin bir etiqaddır, yüksək bir mərifəir (tanıma). Çünki insan dua vasitəsilə kimdən istədiyini, nə istədiyini bir daha iqrar edir. Təbii ki, dua ediləcək, dua üçün əl açılacaq yeganə “yer” Allah dərgahıdır. Əgər insan Allahdan istəyərkən, Kimdən istədiyini bilərsə dərin etiqada, neçə istədiyini bilərsə böyük imana və misilsiz həyaya malikdir demək.

Quran buyurur: قُلْ مَا يَعْبَأُ بِكُمْ رَبِّي لَوْلَا دُعَاؤُكُمْ
\"De! Bir duanız, istəyiniz, ibadətiniz olmadıqca sizin, rəbbimin yanında nə dəyəriniz var? (Furqan-77)

İnsanın həm özü üçün, həm digər bəndələr üçün, xüsusən yaxınları və möminlər vüçün dua etməsi böyük savab və əhəmiyyətə malikdir.
İmam Baqir (ə) duası Allah dərgahında mütləq qəbul olunan, geri çevrilməyəm 3 dəstəyə işarə edərək buyurur:
“Üç dəstənin duası Allah dərgahında geri qaytarılmaz. Bunlar:

1-Atanın övlad üçün duası. Bu övladın ataya etdiyi yaxşılığına görədir. Yaxud atanın övlad üçün bədduası. Bu övladın itaətsizliyə görədir.
2- Zülmə məruz qalan bir kəsin, ona zülm edən zalim barəsindəki nifrin və bədduası.Yaxud həmən məzlumun (zülmə məruz qalmışın), onun intiqamını alan biri barədə etdiyi xeyir-dua.
3- Biz Əlhi-Beytə (ə) xatir bir möminin digər möminə etdiyi köməyə görə, həmin (kömək olunan) möminin etdiyi xeyir-dua.

Və həmçinin kömək edə biləcəyi halda kömək etməyən mömin üçün, həmin köməyə ehtiyacı olan möminin bədduası.” (Biharul-ənvar 74/396)/Yaşar Nuriyev


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter