Qurani-Kərim barədə bir neçə sual: Quranın ən əzəmətli ayəsi hansıdır?...


Sual: Quranın neçə surəsi var və ayələrinin sayına görə ən böyük və ən kiçik surələr hansıdır?

Cavab: Quranın 114 surəsi var və ayələrinin sayına görə ən kiçik surə “Bismillah”-ı ilə dörd ayəsi olan “Kovsər” surəsi, ən böyük surə isə 286 ayədən ibarət olan “Bəqərə” surəsidir.

Sual: Peyğəmbərə nazil olan birinci və axırıncı ayə hansıdır?

Cavab: Birinci nazil olan ayə “Ələq” surəsinin ilk ayəsi, axırıncı nazil olan ayə isə “Maidə” surəsinin 3-cü ayəsidir.

Sual: Quranın ən əzəmətli ayəsi hansıdır?

Cavab: Quranın ən əzəmətli ayəsi “Bismillahir-rəhmanir-rəhim”dir.

Sual: Quranın ən ali ayəsi hansıdır?

Cavab: Quranın ən ali ayəsi “Ayətəl-Kürsi”dir.

Sual: Quranın ən uzun ayəsi hansıdır?

Cavab: Quranın ən uzun ayəsi “Bəqərə” surəsinin 282-ci ayəsidir.

Sual: Allah taalanın hansı adı Quranın surələri qədər (114 dəfə) bu ilahi kitabda istifadə olunub?

Cavab: Allah taalanın “Rəhim” adı Qurani-Kərimdə 114 dəfə təkrar olunub.

Sual: Quranı bir yerə yığan ilk şəxs kim olmuşdur?

Cavab: Quranı bir yerə yığan ilk şəxs Həzrət Əli əleyhissalamdır.

Sual: Qurana ilk dəfə erab, yəni hərəkə qoyan kim olmuşdur?

Cavab: Qurana ilk dəfə hərəkə qoyan Əbul-əsvəd Duəlidir.

Sual: Allah tərəfindən yer üzünə neçə kitab gəlib?

Cavab: Allah tərəfindən yer üzünə nazil olan kitablar: 50 səhifə Həzrət Şueyb əleyhissalama, 30 səhifə Həzrət İdris əleyhissalama, 20 səhifə Həzrət İbrahim əleyhissalama, eləcə də Tövrat, İncil, Zəbur, Qurani-kərim nazil olmuşdur.

Sual: Neçə peyğəmbərin adı Quranda çəkilib?

Cavab: Bəzi peyğəmbərlərin adları Quranda bir neçə dəfə gəlmişdir, o cümlədən: Adəm peyğəmbərin adı–18 dəfə, Nuh–43 dəfə, İdris–2 dəfə, Hud–10 dəfə, Saleh–9 dəfə, İbrahim–69 dəfə, Lut–27 dəfə, İsmail–11 dəfə, Əlyəsə–2 dəfə, Zul-kəfl–2 dəfə, İlyas–2 dəfə, Yunis–4 dəfə, İshaq–17 dəfə, Yəqub–16 dəfə, Yusif–27 dəfə, Şüəyb–11 dəfə, Musa–163 dəfə, Harun–20 dəfə, Davud–16 dəfə, Süleyman–17 dəfə, Əyyub–4 dəfə, Zəkəriyya–7 dəfə, Yəhya–5 dəfə, İsmaili Sadiqil-vəd 1 dəfə, İsa–26 dəfə və Həzrəti Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in mübarək adı 4 dəfə Mühəmməd, bir dəfə isə Əhməd adı ilə zikr olunmuşdur. Bütün peyğəmbərlər içərisində 5 nəfəri “ulul-əzm”, yəni şəriət sahibləri olmuşlar. Bütün nəbi və mürsəl peyğəmbərlərin içərisində ən fəzilətlisi–onların sonuncusu Mühəmməd ibni Əbdillahdır (s).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter