Tövbənin qəbul olunmasını hansı nişanə və əlamətlərlə hiss etmək olar?
Tövbənin qəbul olunmasını hiss etmək üçün insan özündə 4 məsələni görməlidir:
1. Tövbə etdikdən sonra xüsusi hüzur və rahatlıq hiss etmək.
2. İnsan hər nə qədər çox günahına görə peşman olarsa və ağlayaraq tövbə edərsə, Allah tövbəsini o qədər rahat qəbul edər.
3. Allahın Təvvab olduğuna inanaraq, tövbə etmək. Yəni, İlahi vədəyə iman bəsləyərək tövbə edilərsə, bu tövbə qəbul olar.
4. Tövbənin təsirini əməllər və rəftarlarımızda görə bilərik. Əgər günaha rəğbətimiz azalarsa və İlahi itaətdə daha mətanətli olarıqsa, tövbəmizin qəbul olduğunu göstərər.