Əllamə Qazi Təbatəbai buyurur: Mənəviyyata ucalmaq üçün bu zikrləri unutmayın?!
Mənəviyyat yolunun açarı olan bu zikrləri tərk etməyin – Əllamə Seyyid Qazi Təbatəbai!
“O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!” (Rəd-28)
İslaminSesi.info – İbadət və zikrlər demək olar ki, İslam dinin əsasını təşkil edir. Çünki bu kimi ibadətlər və zikirlər mənəviyyat yolunun açarlarıdır. İnsan iman gətirib, vacib buyurlmuş namaz, oruc... və müstəhəb buyurlmuş (savabı olan) bir çox zikr və əməlləri icra etməklə dünya həyatını nizama salır, paklığ əldə edir.İbadət və zikirlərdən əldə etdiyi bu paklığla mənəviyyat yolunun qapılarını açır. Bütün banları etdikdən sonra mənəvi və ruhi yüksəliş əldə etməyə başlayır.
Qurani Kərin bunu qəlbi aramlığ kimi ifadə edir və bu aramlığın yeganə yolunu Allahı xatırlamaq, zikr etməkdə görür: “O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!” (Rəd-28)
İslamda vacib buyrulmuş əməl və zikirlərlə yanaşı müstəhəb zikrlər də vardır ki, bunlar insanın mənəvi paklığında və ruhu yüksəlişində çox böyük təsirə malikdir. Bunların bəzilərinin məxsusi vaxtları, bəzilərinin isə müştərək vaxtları vardır. Günün hər bir saatında onları zikr etmək müstəhəbdir. Xüsusən də gündəlik vacib namazların ardınca bu zikrləri demək böyük təsirə malikdir.
Mərhum Əllamə Seyyid Əli Qazi Təbatəbai Təbrizi hər namazdan sonra deyilməsi təkidlə tövsiyə olunan zikrlərə işarə
edərək buyurur:
1-Hər vacib namazdan sonra Həzrət Zəhra (s.ə) təsbeh zikrini (Allahu əkbər-34, Əlhəmdulillah-33, Subhanəllah-33),
2- Bütün namazlardan sonra şükr səcdəsini,
3- Bütün vacib namazlardan sonra Ayətul-kürsi oxumağı,
4- Hər sübh namazından sonra Yasin surəsi oxumağı,
5- Vitr və əsr namazlarından sonrə 70 dəfə istiğfar etməyi tərk etməyin./Yaşar Nuriyev