Hz Peyğəmbərin (s) baxışında münafiq insanın 4 əlaməti var?!
Allah Rəsulu (s) münafiqləri 4 sifətlə tanıtdırır və insanları bu kimi simaya sahib olan şəxslərdən kənar olmağı tövsiyə edir. Peyğəmbər buyurub (s): “Bu 4 xislət kimdə olarsa o əsl münafiqdir və ya bu sifətlərdə hər hansı birisi bir kəsdə olarsa, onda münafiqlikdən əlamət vardır:
1-Ona bir şey əmanət edildikdə xəyanət edər.
2- Danışdıqda yalan danışar.
3- Söz verdikdə sözünə dönük çıxar.
4- Düşmənçilik edəndə haqqa(insafa, ədalətə) riayət etməz.”