Məsumlar öz İxtİyarları əsasındamı günahdan uzaq oldular?
Bu sualın cavabından öncə onu xatırladırıq ki, ismət insanın şəxsiyyətinə aid bir xasiyyətdir ki, insanı günah və ya xəta etməkdən saxlayar. Buna görə də ismət insanın müsbət dəyərləndirdiyi ixtiyarı ilə əldə olunur. Eyni zamanda ilahi bir lütfdür ki, Allah hikməti üzündən onu o kəslərə bəxş etmişdir ki, onlar səhv və xətaya düçar olmadan bəşəriyyəti səadətə qovuşduran bələdçilərdirlər.
Bu mövzunun daha aydın anlamı üçün aşağıdakı nöqtələrə diqqət yetirin.
• Peyğəmbər və İmamlar bəşəri iradəyə sahibdirlər. Digər insanlar kimi həyat sürmüşlər. Onlar da insanlar kimi mənəvi məqamlara yiyələnmək üçün çalışaraq səbr, təqva və cihad əhlidirlər.
Qurani-Kərim Peyğəmbərə (s) xitabən buyurur:
قُلْ إِنَّمَا أَنَا بَشَرٌ مِثْلُكُمْ يُوحَى إِلَيَّ أَنَّمَا إِلَـهُكُمْ إِلَـهٌ وَاحِدٌ…
De: “Mən də sizin kimi ancaq bir insanam. Mənə vəhy olunur ki, sizin tanrınız yalnız bir olan Allahdır”…( Kəhf surəsi ayə, 110)
• Allahın peyğəmbər və İmamların mənəvi cəhətdən fərqli qabiliyyətlərinə - insanların hidayəti yolundakı məsuliyyəti layiqincə yerinə yetirmələrinə, qabaqcadan bilgisi vardır.
• Həmin qabiliyyət və xüsusiyyətə onlar öz ixtiyarları ilə yiyələniblər.
Bu iki həqiqəti isbat edəcək ayə və hədislər vardır:
وَجَعَلْنَا مِنْهُمْ أَئِمَّةً يَهْدُونَ بِأَمْرِنَا لَمَّا صَبَرُوا وَكَانُوا بِآيَاتِنَا يُوقِنُونَ
“(Çətinliklərə) səbr etdikləri və ayələrimizə ürəkdən inandıqları üçün Biz onlardan (İsrail oğullarından) əmrimizlə (insanlara) haqq yolu göstərən rəhbərlər təyin etmişdik.”( Səcdə surəsi, 24-cü ayə)
… اللَّهُ أَعْلَمُ حَيْثُ يَجْعَلُ رِسَالَتَهُ …
“Allah peyğəmbərliyi kimə verəcəyini daha yaxşı bilir.”(Ənam surəsi, 124-cü ayə)
3. İmam Sadiq (ə) buyurur:
«انّ اللّه عزّ و جلّ اختار من ولد آدم اناساً طهر ميلادهم و طيب ابدانهم و حفظهم فى اصلاب الرّجال و ارحام النّساء؛ اخرج منهم الانبياء و الرسل، فهم ازكى فروع آدم. فعل ذلك لا لامر استحقوه من اللّه عزّ و جلّ و لكن علم اللّه منهم حين ذرأهم انهم يطيعونه و يعبدونه و لايشركون به شيئاً. فهم بالطاعة نالوا من اللّه الكرامة و المنزلة الرّفيعة عنده و هولاء الّذين لهم الشّرف و الفضل و الحب»
“Allah-taala Adəm övladlarından bəzisini seçilmişlərdən etdi, onları pak saxladı, onların vücudunu ətirli (ən yaxşı) qərar verərək kişilərin belindən qadınların bətnində yerləşdirdi. Bu (seçilmiş məsum) cəmin içərisindən peyğəmbər və İmamları xaric etdi. Onlar Adəmin ən pak övladlarıdırlar. Bu belə deyil ki, Allah heç bir dəlil və əsas olmadan onlara belə haqq vermişdir. Əksinə Allah öncədən bilirdi ki, onlar yaradanlarının itaətkarıdırlar, yalnız ona sitayiş edərlər və ona şərik qoşmazlar. Onlar öz itaətkarlıqları (bəndəçilikləri) ilə ilahi kəramətləri əldə etmişlər. Məsumlar haqq olaraq şərafətlənmiş, fəzilətlənmiş və sevgi əldə edənlərdirlər”.(Biharul-ənvar, c.10, səh.170
• Hər bir məsuliyyəti başqasının öhdəsinə tapşırmaq ona müəyyən imkanlar verməklə mümkündür. Bir qayda olaraq bütün sahələrdə ictimaiyyətin hidayət və öndərliyi İlahi bilgilərə söykənərək baş verir. Necə ki, bu haqda “Nüdbə” duasının əvvəllərində bu həqiqətlərə işarə olunmuşdur:
«بعد ان شرطت عليهم الزهد فى درجات هذه الدنيا الدنيه و زخرفها و زبرجها فشرطوا لك ذلك و علمت منهم الوفاء به فقبلتهم و قربتهم و قدمت لهم الذكر العلى و الثناء الجلى و اهبطت عليهم ملائكتك و كرمتهم بوحيك و رفدتهم بعلمك»
“(İlahi!) Onlarla dünya zinətləri qarşısında təqvalı olmalarına dair şərt etdikdən sonra onları (bu məqama) təyin etdin… Onlar bu əhdi qəbul etdikdən sonra vəfa etdilər. İlahi sən onlardan qəbul etdin və özünə yaxınlaşdırdın. Onları əzəmətlə xatırlamağı və ehtiram göstərilməyi öncədən tapşırdın. Mələkləri onlara endirdin, öz vəhyinlə onlara kəramət bəxş edib öz elmindən onlara pay verdin…”
• Elm və ismət ayrılmazdır. Məsumlar öz iradə və çalışqanlıqları, İlahi dərgaha dua və ibadətləri sayəsində elm və ismətin ali dərəcələrinə yetişmişlər. Necə ki, Quranda oxuyuruq:
«وَ قُلْ رَبِّ زِدْنِى عِلْماً»؛
“Ey Rəbbim! Mənim elmimi artır!” – de. (Taha surəsi, 117-ci ayə)
«تِلْكَ الرُّسُلُ فَضَّلْنا بَعْضَهُمْ عَلى بَعْضٍ»
“ (Ya Rəsulum!) Bu peyğəmbərlərin bəzisini digərindən üstün etdik. ” (Bəqərə surəsi 253-cü ayə)