Ayaq və ayaqqabının altını təkcə torpaq üzərində yeriməklə paklamaq olar yoxsa asfalt, çəmənlik və s. kimi zəminlərdə də yeriməklə paklanarmı?


Cavab 1: Yerin səthi torpaq, daş, kərpic və bu qəbildən olan şeylər olmalıdır. Buna əsasən, xalça, həsir, ot və bu kimi şeylərin üzərində yeriməklə nəcasətli ayaq və ayaqqabı altı pak olmur. Vacib ehtiyata əsasən, nəcasətli ayaq və ayaqqabı altı asfaltın üzərində və taxta döşəmənin üstündə yeriməklə, həmçinin,divara sürtməklə pak olmur.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, \"Tovzihul-məsail\",məs.184-185

Ayətullahul-uzma Seyid Əli Sistani, \"İzahlı şəriət hökmləri\",məs.177-178

Cavab 2: Yerin torpaq, daş, kərpic və ya beton olması lazımdır. Xalça, həsir, çəmənlik üzərində yeriməklə ayaqqabının və ya ayağın altı paklanmaz. Taxta döşənmiş yer üzərində hərəkət etməklə ayaqqabı və ya ayağın altının paklanması çətindir. Amma asfalt üzərində yeriməklə paklana bilər.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, \"Şəriət hökmlərinin izahı\",məs.200-201/fetva313


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter