İslam maarifinə əsasən Yoxsulluğa səbəb olan 9 amil nələrdir?


Yoxsul olmaq ümumilikdə eyb deyildir. O şey ki, bəyənilmir odur ki, insan öz ixtiyarı ilə yoxsulluğa düçar olar. Başqalarını əziyyətə salar. Bəs bu bəladan necə nicat tapmaq olar ki?

İnsan üç növ yoxsulluq ilə mübarizə aparar. Biri odur ki, bəzi dini göstərişləri tərk etdiyi üçün düçar olmuşdur. Digəri - o yoxsulluqdur ki, möminlərin günahının kəffarəsidir. Üçüncüsü - o yoxsulluqdur ki, möminin dərəcənin artması üçündür.

1. İnsanın ən çox yoxsulluğa düçar edən amil - günahdır. Allah vədə verir ki, əgər insanlar təqvalı olsalar, xeyir və bərəkət səmadan yağar. “Əgər şəhər və kəndlərin əhalisi iman gətirsəydilər və təqvalı olsaydılar, şübhəsiz göydən və yerdən onların üzünə bərəkətlər(in qapılarını) açardıq. Lakin onlar (Bizim ayələrimizi) təkzib etdilər. Belə olduqda onları əldə etdiklərinin cəzası olaraq yaxaladıq”. (“Əraf” 96).

Allah Təala “Təlaq” surəsində buyurur ki, hər kim günahdan çəkinərsə, Allah ruzisini elə yerdən yetirər ki, heç onu güman etməmişdir. “Kim Allahdan qorxsa, (Allah) onun üçün (çətinliklərdən) çıxış yolu qoyar. Və ona güman etmədiyi bir yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, O ona kifayət edər; şübhəsiz, Allah Öz əmrini çatdıran və iradəsini həyata keçirəndir”. (“Təlaq” 2-4).

Günahın yoxsul olmağa təsiri o qədər böyükdür ki, İmam Əli (ə) buyurur ki, bu cür dua edin: “Pərvərdigara! Səndən ruzinin qət olmasına səbəb olan hər bir günahdan bağışlanma istəyirəm”.

2. Halal olmayan rabitə. Hədislərdə oxuyuruq ki, zinanın yoxsul olmağa təsiri böyükdür. Həzrət Peyğəmbər (s) buyurur: “Zinanın beş ziyanı vardır: abırı aradan aparar, yoxsulluğa səbəb olar, ömrü qısaldar, Allahın qəzəbinə səbəb olar, insanı cavidan cəhənnəmə salar”.

3. Yaxın qohumlarla əlaqəni kəsmək. Yoxsulluğa səbəb olan amillərdən biri də yaxın qohumlarla əlaqəni kəsməkdir. Əmirəl-möminin (ə) buyurur: “Qohumluq rabitəsini kəsmək – yoxsulluq gətirəndir”.

4. İsraf. Yoxsulluğa səbəb olan amillərdən biri də israfdır. İmam Sadiq (ə) buyurur: “İsraf insanı yoxsul edər və iqtisadiyyatı düzgün tənzim etmək isə ehtiyacsızlığa səbəb olar”.

5. Namazı yüngül hesab etmək. Namazı yüngül hesab etmək yoxsulluğa səbəb olar.

6. Yalana adət etmək. Əmirəl-möminin (ə) buyurur: “Yalana adət etmək yoxsulluq gətirəndir”.

7. Yalandan and içmək.

8. Övladı lənətləmək. Həzrət Peyğəmbər (s) buyurur ki, yoxsulluğa səbəb olan amillərdən biri də övladı lənətləmək və onu nifrin etməkdir.

9. Haram müsiqələrə qulaq asmaq. Məsumlar buyurur ki, ğinaya qulaq asmaq insana yoxsulluq gətirər./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter