Var-Dövlətin insan üçün nə belə faydaları ola bilər?


Bəli, halal yolla qazanıb Allah yolunda sərf etmək yaxşı işdir.

Dünya malı təkcə kafirlər üçün nəzərdə tutulmayıb. Bəzi övliyaların da böyük var-dövləti olub ki, bu səviyyə başqaları üçün əlçatmazdır. Cinlər və insanlar, heyvanlar və quşlar da onun ixtiyarında olub. Demək varlı olmaq pis adam olmaq üçün dəlil deyil. Əslində, dünya neməti imtahan vasitəsidir. Bu imtahandan bəziləri alnıaçıq, bəziləri isə başıaşağı çıxır. Allahı unutmayıb var-dövlətdən Onun razılığı üçün istifadə edənlər nicat tapır, nəfsinə uyub şəri çərçivədən çıxanlar isə zəlalətə düşürlər. Ona görə də axirət yolunda istifadə etmək üçün Allahdan var-dövlət istəməyin heç bir eybi yoxdur. Varlı möminlərə din yolunda pul xərclədikləri üçün qibtə etmək nöqsan sayılmır. Həzrət Xədicənin (ə) İslam yolunda xərclədiyi böyük var-dövlətinə baxıb həsrət çəkmək olduqca çirkin bir işdir.

Allah-təala Qurani-Kərimdə zalım varlıların aqibətini işıqlandırır. «Qəsəs» surəsinin 76-cı ayəsində buyurulur: «Həqiqətən Qarun Musa qövmündən idi. O, İsrail oğullarına qarşı həddini aşmışdı. Biz ona açarlarını bir dəstə güclü adamın zorla daşıya biləcəyi xəzinələr vermişdik». Həmin surənin 79-82-ci ayələrində oxuyuruq: «Qarun öz zinət və ehtişamı içində öz qövmünün qarşısına çıxdı. Dünyaya həris olanlar dedilər: Kaş Qaruna verilən bizə də veriləydi…». Elm verilmiş kəslər isə belə dedilər: «…İman gətirib yaxşı əməl edənlər üçün Allahın mükafatı daha yaxşıdır…». Nəhayət, Qarunu sarayı ilə birlikdə yerə batırdıq… Dünən Qarunun yerində olmaq istəyənlər səhəri gün belə deyirdilər: «...Sən demə, kafirlər nicat tapmayacaqlarmış».

Allah-təala bu hədisləri buyurmaqla var-dövlətə vurulmağın mənfi nəticələrini biz insanların nəzərinə çatdırır. Bəli, halal yolla qazanıb Allah yolunda sərf etmək yaxşı işdir. Amma dünya malına könül verməyə heç bir əsas yoxdur. Dünya malı imtahan səhnəsindəki imtahan vərəqindən başqa heç bir şey deyildir. Əsas məsələ bu vərəqin necəliyi yox, bu vərəqdəki suallara necə cavab verilməkdir.
Facebook


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter