Hz. Əli (ə) ədalətini əks etdirən tarixi rəftarı – Qardaşı Əqilin etirazına cavabı nə olmuşdur?


Hz. Əli cazibəsi və sevgisinə sahib olmaq üçün ilk növbədə onun (ə) ədaləti ilə barışmalısan!

Tarixdə qeyd olunur ki, İmam Əli (ə) xəlifəliyinin ilk günlərində minbərə çıxıb Allaha həmd və sənadan sonra camaata belə müraciət etdi:

“Allaha and olsun ki, sizin qənimətlərinizdən bir dirhəm belə mənimsəməmişəm!

Mənim bu Mədinədəki tək sərvətim bir xurma ağacımdır. Elə isə təsdiq edin!

Əgər belə deyilsə o bir ağacdan da özümü məhrum edib, onu sizə verəcəm!”

Bu zaman İmamın (ə) qardaşı Əqil qyağa qalxıb dedi:

And olsun Allaha! Sən məni mədinəli qara bir şəxslə bir tutursan?!

İmam (ə): \"Otur yerinə! Burda səndən başqa bir şəxs yoxdur ki, danışsın?!

Sənin o, qara dərilidən nə kimi üstünlüyün var?

Yoxsa iman, təqva və ya savabda ondan üstnsən?!

Tək üstünlüyün ondan əvvəl İslamı qəbul etməndir!

Əsl üstünlük iman, təqva, axirət üstünlüyüdür!”

(Numuneye-məarif 3/171) (Vafi 3/60)/Yaşar Nuriyev


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter