Dəstəmaz zamanı başa məsh etdikdən sonra əldə yaşlıq qalmasa, ayağa məsh etmək üçün nə etmək lazımdır?
Cavab 1: Əgər əldə məsh etmək üçün nəmlik qalmayıbsa, nəmliyi qaşlarından və ya saqqalından götürüb məsh etməlidir.
Ayətullahul-uzma Seyid Əli Xameneyi, \"Müqayisəli fətvalar\", dəstəmaz fəsli
Cavab 2: Gərək öz saqqalının yaşlığından götürüb onunla məsh etsin. Saqqaldan qeyri yerdən yaşlıq götürüb onunla məsh etmək işkallıdır.
Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, \"Tovzihul-məsail\",məs.263
Ayətullahul-uzma Seyid Əli Sistani, \"İzahlı şəriət hökmləri\",məs.256
Cavab 3: Əgər əldəki rütubət qurusa, onu başqa üzvlərdəki dəstəmaz suyu ilə isladıb məsh çəkmək olar.
Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, \"Şəriət hökmlərinin izahı\",məs.276