İstiğfar üçün ən yaxşı zaman hansıdır? – Ayətullah Behcətin nəzəri
Ayətullah Behcət buyurur: “Kamil etiqadla çoxlu deyin: “Əstəğfirullah”. Heç bir şey sizi bu işdən ayırmasın, o zamana qədər ki, bütün bəlaların aradan gedər, məgər vacibat və zərurətdən başqa. Bəlkə onlar aradan qalxandan sonra belə, deyəsiniz ki, misal üçün geri qayıtmasın”.
Günah elə bir pərdədir ki, bəndə ilə Allah arasında hayil olar, bəndə ilə Allahın rabitəsini kəsər. Bu rabitənin yenidən bərpa olması üçün istiğfar və tövbə etmək zəruridir. Əlbəttə ki, istiğfar ancaq günahların aradan getməsinə xidmət etməz, həm də bəndənin Allah yanındakı dərəcəsini qaldırar və onu bir çox xatalardan qoruyar.
“Ey möminlər, hamınız (bütün cəhətlərdə) Allaha tərəf qayıdın ki, bəlkə nicat tapdınız”. (“Nur” 31).
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim çoxlu istiğfar edərsə və Allahdan üzr istəyərsə – Allah hər qüssəddən onun üçün genişlik qərar verər, hər sıxıntıdan çıxmaq üçün çıxış yolu qoyar və ona güman etmədiyi yerdən ruzi verər”.
Əmirəl-möminin (ə) buyurur: “İstiğfar və bağışlanma istəməklə Allahdan özünüzü ətirləndirin ki, günahın pis iyi sizi rüsvay etməsin”. Bəlli olur ki, günah insandan pis qoxunun gəlməsinə səbəb olur. İnsan nə qədər özünü aldatsa da, günahın üfunəti insanı ifşa edir.
Dinimiz istətir ki, insan xəta etdikdə, qəflətə düşüb günah etdikdə dərhal tövbə etsin. Həzrət Peyğəmbər (s) buyurur: “Xoş olsun o kəsin halına ki, Qiyamət günü əməl dəftərində hər günahın altında istiğfar olar”.
Bəs istiğfar üçün ən yaxşı zaman hansıdır?
Ayətullah Behcət və mərhum Şeyx Abbas Qumi kimi alimlərin nəzərinə görə, istiğfar üçün ən yaxşı zamanlar cümə gününün səhər çağı, həmçinin sübh və əsr namazlarının təqibatlarından sonra edilən istiğfarlardır.|deyerler