İmamətlə xilafət arasında nə kimi fərqlər var?
Cavab: Bu sözlərin lüğət mənaları arasında elə bir fərq yoxdur. Amma tarixdəki İmamət və xilafət cərəyanlarını müqayisə etsək, bu cərəyanlar arasında mühüm fərqlər olduğunu görərik.
İstər İmamət, istərsə də xilafət hakimiyyət növüdür. İmamlar Allah, xəlifələr isə insanlar tərəfindən təyin olunur. İslamda xilafətin dini hökumət olduğunu təsdiq edən heç bir mənbə yoxdur. İmamətin həqiqi dini hakimiyyət olduğu isə əqli və nəqli dəlillərlə sübuta yetir. Bəzi dəlilləri nəzərdən keçirək:
-“...O (İbrahim) Allahın əmrlərini tamamilə yerinə yetirdi. Belə olduqda Allah ona buyurdu: Səni insanlara İmam təyin edəcəyəm.”(“Bəqərə”, 124.)
−İslam Peyğəmbəri (s) buyurdu: “On iki İmam bu ümmətə hakim olduqda onun işləri qaydasındadır.”
Həzrət Peyğəmbər (s): “Məndən sonra on iki canişinim var: birincisi Əli ibn Əbu Talib, sonuncusu Mehdidir (ə).