İslamda ağvalideyn olduğu kimi “övlada ağ olmaq” anlayışı varmı?


İslamda ağvalideynliyin əksi olaraq “ağövladlılığ” varmı? Quran və hədislərdə valideynlər övlada qarşı diqqətli olmağa, övladların haqqlarına riaət etməyə çağırılır. Hətta Qurani Kərim “özünüzü və ailənizi oddan qoruyun” (Təhrim-6) deyərək ailənin nizam və intizamında ailə başçısını məsul bilir.
Bu səbəbdən valideyn də gərək övladın haqlarını qorusun, övladın ağvalideyn olmasına səbəbkar olmasın. Bu işdə də (ağvalideynlikdə) valideyn məsul bilinir. Valideyn gərək davranış və təbiyyə metodlarına diqqət etsin ki, övlad ona qarşı çıxmasın. Əğər valideyn övladla düzgün davranmazsa, onun haqqlarını gözləməzsə, yaxud ağvalideyn olmasına səbəbkar olarsa bu halda “ağövlad” hesab olunur.

Bu mətləbə aydınlığ gətirən bir neçə hədisi təqdim edirik:

1-Allah Rəsulu (s) buyurub: Ey Əli (ə)! Allah lənət eləsin o valideynlərə ki, övladlarının ağvalideyn olmalarına səbəbkar olurlar.
Ey Əli (ə)! Allah rəhmət eləsin o valideynlərə ki, ovladlarının onlarla xoşrəftar olmalarına səbəkar olurlar.
Ey Əli (ə)! Övladın valideynlərə ağ olması ilə valideynlərin övlada ağ olmsının günah və nəticəsi eynidir.

(تحرير المواعظ العدديه، ص 695 )

2- Peyğəmbər (s) buyurub: Saleh övladın valideynlərə diqqətli olması lazım olduğu kimi, valideynlərin də övlada diqqətli olması lazımdır.” (Xisal- 1/91)

3- İmam Sadiq c(ə) Allah Rəsulundan (s) nəql edərək buyurub: “Öz övladlarını yaxşı işlər görməyə kömək edən valideynə Allah rəhmət etsin.” Sorusurlar kömək etmək necə olur? İmam (ə) buyurur:

Övladın etdiyi asan və yüngül işləri ondan qəbul edir, gücü çatmayanları ondan kənar edir. Övladına çətin işlər tapşırmır və ona çətinlik yaratmır. (Hiylətul-muttəqin-92).

Bəli valideyn övladdan tələb etdiyi kimi, Allah Təala da övladın haqqını avlideyndən tələb edir./Yaşar Nuriyev


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter