Allah-Taalanın (c.c) razılığını Quran hansı əmələ bağlı olduğunu bildirir?


Allah Təala öncə insanın qəlbini paklayar, sonra Öz sevgisini və möminlərin sevgisini həmin qəlbə daxil edər.

İslaminSesi.info – Qurani Kərim insanları iman, əməl və mənəviyyat baxımından müxtəlif dərəcələ ayırdığı kimi, onlaı aqibət və son nəticə baxımından da müxtəlif bölgülərə ayırır. Elə bu səbəbdən Allah Təala peyğəmbərlərin göndərilmə hədəfini bəyan edərək, onları (ə) müjdə verən və qorxudan kimi tanıtdırır:

“Allah onlara müjdə verən və xəbərdarlıq edən (əzabla qorxudan) peyğəmbərlər göndərdi ki, insanlar arasındakı ixtilafları ayırd etsinlər.” (Bəqərə-213)

Bəli Quran kimini ilahi əzabla qorxudur, kimini isə mükafatla müjdələyi.

Əzab və mükafatın insana yetişmə yeri tək axirət deyil. Çünki insan iki aləmə, iki həyata sahibdir: dünya və axirətə. İlahı əzab və mükafat da insana həm dünyada, həm də axirətdə yetişir. Təbii ki, bu iki aləməin özü müxtəlif və fərqli olduğu kimi mükafatı və yaşam tərzi də müxtəlifdir. Dünyadan fərqil olaraq axirət əbədi həyat kimi vəsf edilir.

Allah təala bu hər iki həyatda nicat tapmağın, ilahi rəhmət və sevgiyə qovuşmağın tək və yeganə yolunu belə bəyan edib:

إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ سَيَجْعَلُ لَهُمُ الرَّحْمَٰنُ وُدًّا

“Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Rəhman (ürəklərdə) bir sevgi yaradacaq.”

“Rəhman” kəlməsi Allah Təalaya nisbət verilmiş müqəddəs adlardandır. Təfsirçilər “Rəhman” adını “dünyada hər kəsə rəhm edən Allah” mənasında təfsir və açıqlama vermişlər. Bu da o deməkdir ki, ayənin bizə vəd etdiyi (وُدًّا) sevgi insana yetişəcək dünya nemətlərindən və mükafatlarındandır. Hər kim iman və saleh əmələ sahib olarsa Allah Təala öncə həmin insanın qəlbini paklayar, sonra Öz sevgisini və möminlərin sevgisini həmin qəlbə daxil edər. Bu da insanın dünyada yetişə biləcəyi misli olmayan ən böyük mükafatdır.

İmam Sadiqdən (ə) nəql olunub ki, bir möminin saleh əməli müqabilində Allahın ona verdiyi ən böyük hədiyyə qəlbinə Əli (ə) məhəbbətinin daxil olmasıdır. (Əl-ğədr kitabı və Nur-təfsiri 5/314)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter