Qeybəti olunan şəxsin itirilmiş hörmətini qaytarmaq mümkünsüzdür!
Nə üçün Quranda başqalarının qeybətini etmək qardaş meyitinin ətini yeməyə bənzədilir?
“Hucurat” surəsinin 12-ci ayəsindəki bu bənzətmənin müxtəlif səbəbləri var:
1. Ölü özünü müdafiə edə bilmədiyi kimi, qeybəti olunan şəxs də söhbətdə iştirak etmədiyindən özünü müdafiə edə bilmir.
2. Ölüyə vurulan yara sağalmadığı kimi, qeybəti olunan şəxsin itirilmiş hörmətini qaytarmaq da mümkünsüzdür. İnsana vurulan maddi ziyanı ödəmək olur, amma açılmış eybi yenidən örtmək qeyri-mümkündür. İstər ciddi, istərsə zarafata edilən qeybət günahdır.
3. Bədəndəki ət tədricən artdığı kimi, insanın hörməti də zərrə-zərrə artır. Hər hansı bir insanın bu sayaq çətinliklə qazandığı hörməti onun qeybətini etməklə bada vermək necə də böyük cinayətdir!/nur-az