Həzrət Fatimə nə üçün “Fatimə” adlandırılıb?


Cabir nəql edir ki, mən Əbu Əbdillahdan (ə) soruşdum: Nə üçün Həzrət Fatimə “Fatimə” adlandırılmışdır? Həzrət buyurdu: Çünki Allah Fatiməni Öz nurunun əzəmətindən xəlq etmişdir. Onun nuru parlayan zaman asimanlar və yer onun vasitəsi ilə nurani olub parlamağa başladı, məlaikələrin gözləri o nuru müşahidə etməkdən qamaşdı və Allah dərgahında səcdəyə düşüb dedilər: Ey Allah, ey bizim mövlamız, bu nə nurdur?

Allah onlara belə vəhy etdi: Bu, Mənim nurumdandır. Mən onu asimanlarda müstəqər edib onu Öz əzəmətimdən yaratmışam. Mən bu nuru, peyğəmbərlərimdən birinin sülbündən çıxaracağam və o peyğəmbəri bütün peyğəmbərlərdən fəzilətli edəcəyəm. O nurdan elə İmamlar yaradacağam ki, onlar Mənim əmrimi bərqərar etmək üçün qiyam edəcək, camaatı Mənim haqqıma doğru hidayət edəcəklər. Mən onları vəhyim kəsildikdən sonra yer üzündə Öz xəlifələrim seçəcəyəm./nur-az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter