Həzrət Zəhranın (s.ə) məsum olmasının hikməti və səbəbi nədir?


Ayətullah Seyyid Sistaninin dəftərxanasına Xanım Zəhranın (s.ə) məsum olmasının hikməti, səbəbi barədə sual ünvanlayıb.

Sual: Belə bilir ki, ismət məqamı Allahın dinini, əhkamını insanlara çatdırmaq, onların hidayəti və mənəvi inkişafı üçün İmam (ə) və peyğəmbərlərə (ə) Allah tərəfindən verilmiş bir mənəvi məqamdır. Elə isə Xanım Zəhranın (s.ə) məsum olmasının hikməti nədir? Halbuki Xanım (s.ə) deiyimiz vəzifələrə mükəlləf deyil.

Cavab: Xanım Zəhranın (s.ə) ismət məqamına gəlincə, burada ismət peyğəmbərliyin və ya İmamətin dövr alınması deyil ki, Xanım Zəhra (s.ə) İmam və yaxud peyğəmbər olsun.

İsmət ilahi, mənəvi bir məqamdır. İnsan bunu Allaha yaxınlıq fəzilətiilə əldə edir. İsmət yalnız Allaha itaət və bəndəçiliklə əldə edilir.
Allah Təala bəndələri ilə Özü arasında höccətlər (dəlil, rabitə vasitəsi) qərar verib. Bu höccətləin də məsum olması zəruridir.
İmam Həsən Əskəridən (ə) belə bir hədis nəql olunub: “Biz Allahın məxluqatına Onun höccətləriyik. Fatimə (s.ə) isə Allahın bizə (ə) olan höccətidir.”|Yaşar Nuriyev


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter