Lənət oxumaq (nİfrin etmək) olar, yoxsa yox?


Cavab: Bir sıra Quran ayələrində lənət oxunması ilə rastlaşırıq: “Zalımlara Allahın lənəti olsun”( “Hud”, 18); “ Allah kafirlərə lənət etmişdir”(“Əhzab”, 64); “Onların əhdi pozanlarını lənətlədik”(“Maidə”, 12); “Şübhəsiz ki, Allah Onu və Onun peyğəmbərini incidənləri dünya və axirətdə lənətləmişdir.”(“Əhzab”, 57)
İslam Peyğəmbərinin (s) müəyyən şəxslərə lənət oxuması barədə rəvayətlər də vardır. Həzrət (s) sələmçiləri, ananı övladdan ayıranları, qadın paltarı geyən kişiləri lənətləmişdir. İslam dinində nifrinin varlığını həm şiələr, həm də sünnilər qəbul edir.
Amma daha mühüm bir sual doğur: Kimlər lənətlənməli, kimə nifrin oxunmalıdır? İstər Quran ayələrindən, istər rəvayətlərdən belə bir qənaətə gəlmək olur ki, lənət böyük və ictimai günahlara aiddir. Amma cəmiyyət üçün təsirsiz olan olan günahlara görə lənət oxumaq qadağan olunur.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter