Şeyx Rəcəbəli Xəyyat bəlaların səbəbsiz olmaması haqda nə buyurur?
BƏLALAR SƏBƏBSİZ DEYİL!
Son dövrün tanınmış ariflərindən olan Şeyx Rəcəbəli Xəyyat haqqında qəribə əhvalatlar nəql edib deyirlər ki, Şeyx insanın başına gələn hər müsibətin məna aləmində səbəbini görə bilirmiş. Şeyxin şagirdlərindən biri aşağıdakı əhvalatı bu şəkildə nəql edir:
\"Bir nəfərin başı zərbədən yarılmışdı. Onu Şeyxin yanına gətirirlər ki, baxıb görsün, bu günə düşməsinin səbəbi nədir? Şeyx ani sükutdan sonra
deyir: “İşlədiyin zavodda bir uşağa əziyyət etmisən. Əgər uşağın könlünü almasan başına hələ çox müsibət gələcək.” Başı yarılmış adam Şeyxin
sözlərini təsdiqləyib deyir: “Sahə rəisinin oğlu gəlib mənə yersiz irad tutdu, mən da acıqlanıb ona dedim ki, burnunu hər yerə soxmasın! Axşam maaşı almağa gedəndə həmin uşaq gözümə sataşdı. Günorta baş verən əhvalat yadıma düşdü, bərk dilxor oldum. Əsəbləşib yersiz yerə uşağa bir-iki sillə vurdum, o yazıq da ağladı.”
Şeyx dedi: “Boş yerə sizin başınıza bəla gəlmir. Get, nə qədər ki, bundan da betərinə düçar olmamısan, uşaqdan halallıq al!”\"