Hansı Peyğəmbər (ə)dua edərkən heyvanlar onun səsinə toplanardılar?


O, dua edəndə, heyvanlar və quşlar da səsinin gözəlliyinə görə yığışırdılar!

Hz Davud (ə) Bəni-İsrayilin məşhur peyğəmbərlərindən olmuşdur ki, xoş səsi, gözəlliyi, heyvanlarla söhbət etmək qabiliyyəti ilə tanınmışdır. Gözəlliyini Həzrət Yusifə (ə), səbrini Həzrət Əyyuba (ə), uzun ömrünü Nuha (ə), hidayət etmək natiqliyini Həzrət Muhəmmədə (s) bənzədirlər. O, yüz il ömür sürmüşdür ki, onun 40 ilində hökumət etmişdir. (Beytutə)

O zaman ki, Allahla münacat edərdi, quşlar və heyvanlar səsini eşidib toplaşardılar. O zaman ki, Talut dünyadan gedir, Bəni-İsrayil hökuməti onun əlinə verilir. Hakimiyyətə çatan zaman Allah ona peyğəmbərlik məqamını da verir. Onun çoxlu şeirləri olmuşdur ki, bəzilərini Zəburda qeyd etmişdilər.

Qurani-Kərim bu peyğəmbər haqqında İslam Peyğəmbərinə (s) belə nəsihət verir: “Onların dediklərinə səbir et və Davudu – Bizim (elm, cism və səltənət baxımından) güc və qüdrət sahibi olan bəndəmizi yadına sal. Çünki o, (Bizə tərəf) çox qayıdan idi”. (“Sad” 17).

Allah bəzən onu yaxşı bəndə adlandırır və bəzən də malik olduğu elmə və fəzilətə görə öz xəlifəsi hesab edirdi. Həzrət Davuda (ə) Zəburu nazil etməklə onun fəzilətini daha da artırır./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter